x

TƏKLİF AL

Memarlarımız sizin üçün füsunkar və müasir həllər təklif edir. Sənaye tipli obyektlərin, ofis, dövlət strukturu binalarının, plaza və hotellərin, yaşayış məntəqələrinin inşaatı zamanı fasad sisteminin cəlbedici olması bizim üçün önəmlidir. Şirkətimizin vizit kartı kimi hesab etdiyimiz dam və fasad işlərində ən yaxşı həlləri tətbiq edirik.


Uzun illərdir ki, tikinti sektorunda fəaliyyət göstərən şirkətimiz onlarla müxtəlif təyinatlı layihələrin icrasını həyata keçirib. Biz dövlət, yerli və qlobal layihələrdə çalışmışıq. Başa çatdırdığımız layihələr Azərbaycanın demək olar ki, bütün ərazisini əhatə edir. Əsasən sənaye tipli obyektlərin inşası, su və kamalizasiya xətlərinin çəkilməsini həyata keçirən şirkətimiz Qarabağ inzibati vahidinin yenidən qurulmasında aktiv şəkildə çalışan şirkətlərdən biridir.


Şirkətimiz uzun illərdir ki, alt yapı sahəsində fəaliyyət göstərir. İllərdir ki, dövlət sturkturlarını, iri şirkətləri həm yerli, həm də beynəlxalq layihələrdə polimer tərkibli boru xətləri ilə təmin edirik. Material təminatı ilə paralel mühim dövlət layihələrində boru çəkilməsini icra etmişik. Bakıdan Zəngilana qədər bütün regionlarda izimiz var.