"Laçın alüminium zavodu" - Sendviç panel layihəmiz
“UPS construction” Laçın alüminium zavodunun inşası zamanı dam və fasad üçün sendviç panellərin təchizatını həyata keçirdi. Peşəkar komandamızla bu vəzifəni də hər zamankı kimi uğurla yerinə yetirdik. Layihənin tamamlanmış görüntülərini sizinlə bölüşməkdən qürur duyuruq!
Bu layihədə dam örtüyü üçün PUR tərkibli 3 hədvəli sendvic dam paneli istifadə edilib. Bu panellər yüksək keyfiyyətli materiallardan hazırlanır və uzunmüddətli istifadəyə uyğundur. Bununla yanaşı, istilik izolyasiya xüsusiyyəti və xarici təsirlərə qarşı davamlılığı ilə zavodun damını effektiv şəkildə qoruyur.
Fasad örtüyü üçün isə PUR tərkibli sendvic divar panelləri quraşdırıldı. Bu sendvic panellər həmçinin zavodun xarici görünüşünü müasir və estetik göstərir.Müxtəlif iqlim şəraitlərində öz formasını və funksionallığını itirmədən qalan bu panellər, eyni zamanda enerji səmərəliliyini yüksəldir.
UPS Construction olaraq, Laçın Alüminium Zavodu layihəsində müştəri məmnuniyyətini və müasir tikinti standartlarını əsas götürdük. PUR tərkibli panellər sayəsində zavodun həm funksional, həm də vizual tələbləri ödənildi. Sürətli tikinti imkanı təqdim edən bu materiallar, həm də enerji xərclərinə qənaət etməyə kömək edir.
Sendviç panellərlə bağlı məlumat almaq və ya sifariş vermək istəyirsinizsə, bizimlə əlaqəyə keçin. Laçın Alüminium Zavodu layihəsindəki kimi yüksək nəticələrə nail olmaq üçün UPS Construction-a güvənə bilərsiniz.
Biz layihələrinizin effektivliyini və keyfiyyətini artırmağa kömək etmək üçün yenilikçi tikinti həllərini təqdim edirik. Müasir texnologiyaları və inkişaf edən inşaat tədbirlərini nəzərə alaraq müştərilərimizə sərfəli materiallar təklif edirik.