Pətəkvari polikarbonat lövhələr - məsaməli quruluşa malik, təbəqəli polimer materialdır. Bu material iki qatdan ibarətdir və bu qatlar öz aralarında möhkəmlik telləri adlanan daxili arakəsmələrlə birləşmişlər. PMZ-də polikarbonatın bütün istehsal prosesi İtaliya istehsalı olan müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Zavodda, polikarbonat məmulatlarının istehsalında, dünyada lider olan Ваyer və Sabic kimi xammal istehsalçıların məhsullarından istifadə edilir.
Məsaməli polikarbonat lövhələrin yüngüllüyü orijinal konstruksiyalar hazırlamağa imkan verir, işıqlandırma sahəsinin həcmini artırır, qaldırıcı mexanizmlərin köməyi olmadan quraşdırılması həyata keçirilir;
İnşa olunan obyektin maya dəyərinin azaldılması, məsaməli polikarbonatın tətbiqi inşa obyektinin ümumi maya dəyərini azaldır, həmçinin, qatların yüngül çəkisi tikililərin həcminin azaldılmasına imkan verir;
Asan emal – qatları sadə kəsici alətlərlə asanlıqla kəsərək istənilən formaya salmaq olur;Kimyəvi maddələrə müqavimətlilik – məsaməli polikarbonat lövhələr bir çox kimyəvi maddələrin və birləşmələrin təsirinə davamlıdır;
Asan təmizləmə – məsaməli polikarbonat lövhələr adi su və pambıq parçanın köməyi ilə asanlıqla təmizlənir (bəzi hallarda təmizləyici vasitələrin istifadəsinə icazə verilir, buna baxmayaraq, polikarbonatı ammoniumlu vasitələrlə təmizləmək məsləhət görülmür, onlar polikarbonatı zədələyir);
Polikarbonat profillər, xüsusi olaraq, məsaməli polikarbonat lövhələrin quraşdırılması üçün nəzərdə tutulmuşdur. Profillərin əyilmə radiusu, termiki genişlənmə əmsalı lövhələrin həmin parametrləri ilə eynilik təşkil edir. Polikarbonat profillər çöx yüksək möhkəmliyə malikdir, işığı yaxşı keçirir, kiçik çəkiyə malikdir və ultrabənövşəyi şüaların təsirinə qarşı davamlıdır.
Birləşdirici profillər çox uzun məsafəli örtüklərin çəkilməsində, xüsusilə, yarımqaranlıq damların örtük işlərində istifadə olunurlar ki, lövhələrin birləşdiyi yerlərdən də işıq şüaları keçə bilsin. Profillərin günəşin radiasiya şüalarından qorunması üçün çöl tərəfdən xüsusı qoruyucu örtüklə örtülürlər.Polikarbonat profillərin üstünlükləri: polikarbonat lövhələrin birləşmə yerlərində işıq şüalarının ötürülməsi; çox yüngül çəki; əyilə bilməsi və hermetik örtüklərin əmələ gəlməsi.