Ənənəvi tikinti üsullarına alternativ axtarışında olanlar üçün prefabrik evlər son illərdə böyük marağa səbəb olub. Sürətli quraşdırılma, qənaətli və uzunömürlü materiallar - bu prefabrik evlərin əsas üstünlüklərindəndir. Həm şəhərdən kənarda rahatlıq axtaranlar, həm də tikinti layihələrində effektiv həll istəyənlər üçün prefabrik evlər ağıllı seçimə çevrilib.
Prefabrik ev - hissələri əvvəlcədən zavod şəraitində hazırlanaraq əraziyə gətirilən və orada yığılaraq tikinti prosesi tamamlanan yaşayış və ya iş məkanıdır. Bu tip evlər metal karkas, izolyasiya materialları və modullardan ibarətdir.
Ənənəvi evlərin tikintisi aylarla vaxt aparır. Prefabrik evlər isə çox qısa müddətdə – bəzən sadəcə bir neçə gün ərzində tam quraşdırılıb istifadəyə verilir.
Prefabrik texnologiya material israfını azaldır və işçi qüvvəsinə ehtiyacı minimuma endirir. Bu isə daha sərfəli və sabit qiymət deməkdir.
Minimal icazə və sənədləşmə prosesi
Çox vaxt prefabrik konstruksiyalar üçün tikinti icazəsi prosedurları daha sadədir, bu da layihəni sürətləndirir. Daşına bilən modul evlər və konteynerlər üçün isə icazə tələb olunmur. Mülkiyyəti sizdə olan və ya izarə müqaviləniz olan torpaq sahəsinə konteynerin yerləşdirilməsi ilə proses tamamlanır, əlavə sənədə ehtiyac olmur.
Bəli. İstilik, izolyasiya və santexnika sistemləri sayəsində bu evlər klassik tikililərlə eyni rahatlığı təqdim edir.
Əlbəttə. Yüksək səviyyəli izolyasiya materialları sayəsində -30°C-yə qədər soyuq iqlimlərdə rahatlıqla istifadə oluna bilər.
Ən sadə model 7–10 günə, daha geniş modellər isə 15–25 günə təhvil verilir.
Bəli. Rəng, plan, material, fasad və dam dizaynını siz seçirsiniz – biz hazırlayırıq.
Müştərinin ehtiyacları və ərazinin ölçüləri əsas götürülərək ilkin layihə hazırlanır.
Evin hissələri fabrikdə əvvəlcədən hazırlanır, test olunur və daşınmaya hazır hala gətirilir.
Modullar xüsusi vasitələrlə sahəyə çatdırılır və peşəkar komanda tərəfindən bir neçə gün ərzində qurulur.
İstifadəyə tam hazır şəkildə ev təhvil verilir. Ehtiyac olduqda texniki servis təmin olunur.
No documents available