Sendviç panellərin örtük növləri

2643
Tarix: Sentyabr 2021

Sendviç panellərin istifadə sahəsinə uyğun olaraq fərqli növləri olduğu kimi, bu panellərin təyinatına uyğun olaraq müxtəlif çeşiddə örtük seçimləri də mövcuddur: metal örtüklü, PVC örtüklü, alçıpan, faner, taxta və ya DSP örtüklü, kağız örtüklü.

Sendviç panellərin metal örtük səthləri metal lövhə, galvaniz və orqanik örtüyün birləşməsindən ibarətdir. Tətbiq olunan orqnik örtük, sendiç panelin koroziyaya davamlılığını artırmaqda xüsusi rol oynayır.

Sendviç panellər, polimer örtük növünə görə isə polister (PE), plastisol, polidifluorionat (PVF2), PVC və poliuretan olmaqla bir neçə çeşidə ayrılır.

Polister örtük kənar təsir amilinə qarşı yüksək dayanıqlılıq, elastiklik və doğru istilik tənzimlənməsini təmin edir. Ən geniş istifadə olunan boya növü hesab olunur. Daxili və xarici məkanlarda fərqli məqsədlər üçün istifadə oluna bilər.

PVdF, kimyəvi yağlar və UV işıqlarına qarşı olduqca davamlı olması baxımından seçilir. Fasad örtüklərində geniş tətbiq olunur.

Poliuretan, temperatur dəyişikliklərinə, aşındırıcı və aqressiv maddələrə, ultrabənövşəyi radiasiyaya qarşı dözümlüdür.

Plastisol arzulanan mükəmməl formanı alabilmə qabiliyyətinə malikdir. Rütubət və aşınmalara qarşı dözümlüdür. Soyuq və nəmli iqlimlərdə yüksək performans göstərməsi ilə fərqlənir.

PVC, laminasiya üsulu ilə tətbiq olunur. Yüksək elastikliyə malik olan bu növ, gigyenikdir və asanlıqla təmizlənə bilər.

Metal örtüklü, üstün keyfiyyətli sendviç panellər Uniprocurement şirkəti tərəfindən, bütün mövcud qaydalar nəzərə alınmaqla istehsal olunur.