Polimer, monomer adlanan sadə molekulların kimyəvi bağlarla birləşməsi nəticəsində əmələ gələn yüksək molekulyar ağırlıqlı maddələr hesab edilə bilər. Təkrarlanan alt bölmələrdən ibarət olduğu üçün çox böyük molekullar kimi təsnif olunur. Dayanıqlı və uzunömürlü quruluşu sayəsində bu material bir çox sahələrdə, o cümlədən, suvarma boru sistemləri kimi geniş şəkildə tətbiq olunmaqdadır.
Damcı suvarma sistemi, suyun birbaşa böyüyən bitkilərin kök hissəsinə verildiyi və əsas paylayıcının köməyi ilə kiçik damcılar şəklində həyata keçirildiyi suvarma üsuludur. Bu üsulla əhəmiyyətli dərəcədə su qənaəti və maksimum səmərəlilik əldə edilir. Sistem suya, eləcə də gübrəyə qənaət etməsi ilə yanaşı, əmək və enerji sərfiyyatını azaldır.
Damcı suvarma boruları, həmçinin, erkən məhsul yığımı, torpaq eroziyasının qarşısının alınması, xəstəliyin yayılması və alaq otlarının inkişafı ehtimalının azaldılması kimi digər üstünlükləri də təmin edir. Əvvəlcə istixana əkinlərində geniş tətbiq olunmağa başlayan bu sistem daha sonra açıq sahələrdə tərəvəz, meyvə və üzüm becərilməsi üçün geniş istifadə olunmağa başladı.
Yeniliklərə abunə ol