Sendviç panellərin istifadə sahələri

871
Tarix: May 2024

Sendviç panellərin istifadə sahələri

Sendviç panellər müxtəlif tikinti layihələrində geniş istifadə olunan çox qatlı tikinti materiallarıdır. Bu panellər adətən iki metal lövhə arasında izolyasiya materialı yerləşdirilərək istehsal olunur. Yüksək istilik və səs izolyasiyası təmin edir. Sendviç panellər estetik baxımdan cazibədar olmaqla yanaşı, funksional üstünlükləri də təqdim edir. Onlar adətən aşağıdakı məqsədlər üçün istifadə olunur:


Sənaye binaları: Zavodlar, anbarlar və digər sənaye obyektlərinin tikintisində istifadə olunur.
Ticarət obyektləri: Marketlər, ticarət mərkəzləri və ofis binalarında istifadə olunur.
Kənd təsərrüfatı: Fermalar, heyvandarlıq binaları və digər kənd təsərrüfatı obyektlərində istifadə olunur.
İctimai binalar: Məktəblər, idman zalları və digər ictimai binalarda tətbiq edilir.
Yaşayış binaları: Bəzi hallarda evlərin, digər yaşayış obyektlərinin fasad və əksər hallarda dam örtüklərində istifadə olunur.