Konteyner evlərin turizm sahəsində tətbiqi

2323
Tarix: Mart 2023

Yaxın keçmişdə investorlar turizm sektoruna yatırım haqqında düşünərkən ilk ağıla gələn daş, kərpic və yaxud taxtadan tikilən obyektlər olurdu. Lakin sürətli inkişaf bu tendensiyanı dəyişdi.

Sahibkarlar müasir dövrdə daha da sürətlə inşa edilən və daşınması asan olan konteyner tipli evlərə üstünlük verirlər. Getdikcə məhşurlaşan bu tip layihələr yalnız turistlər üçün nəzərdə tutulmayıb.

Konteyner evlər müxtəlif ölçülərdə və müxtəlif dizaynda olurlar. Ev, ofis, mağaza, otel və s. kimi fərqli məqsədlər üçün istifadə edilə bilər.

Qərb ölkələrində konteyner ev vasitəsilə səyahət edənlər üçün turizm kompleksləri, hətta otellər belə inşa edilir.

Qənaətli, müasir dizaynlı, təmiri az xərc tələb edən konteyner tipli evlər turistlər tərəfindən daha çox icarəyə götürülür. Çünki qeyri adi görünüş qonaqlarda unudulmaz təəssüratlar yaradır.

Əlverişsiz hava şəraitində ənənəvi otelin daha təhlükəsiz olduğunu düşünənlər, nəzərə alın ki, konteyner evlər əslində küləyə, yağışa, sulu qar və qara qarşı davamlı olmaq üçün hazırlanır.

Modern üslubuna aid olan konteyner evlər həm də ekoloji cəhətdən təmiz layihələrin sırasındadır. Tikinti zamanı zərərli ola biləcək sement və kərpic kimi materiallardan daha az istifadə olunur. (Sement ətraf mühitə zərərli CO2 ixrac edir)