Son dönəmlərdə texnologiyanın inkişafı yeni tikinti həllərinə böyük təsir göstərir. Tikinti sənayesində sendviç panel ənənəvi materiallarla müqayisədə üstün xüsusiyyətlərə malik yaşayış yeri layihələri üçün optimal həll hesab olunur. Bununla belə, bu materialdan hazırlanan evlərin üstünlükləri ilə yanaşı bəzi mənfi cəhətləri də vardır. Bu məqalədə müsbət və mənfi cəhətləri sizin üçün topladıq:
Panel əvvəlcədən hazır formada yığılmışdır, buna görə quraşdırılma tez və rahatdır. Bu isə öz növbəsində layihəni sürətləndirməyə və inşaatçılara tikinti müddətini üçdə birədək qısaltmağa kömək edir.
Ev tikintisi zamanı sendviç paneldən istifadə işin keyfiyyətini təmin etməklə yanaşı, investisiya xərclərinə 20%-nə qədər qənaət edə bilər. Sendviç panel evlər ənənəvi tikinti materiallarından 40%-ə qədər yüngüldür.
Sadalanan xüsusiyyətlər ilə yanaşı bu evlərin üstün tərəfləri arasında səs, istilik izolyasiyası, estetik görünüş və otel, məktəb binası, şəhərkənarı ev və s. kimi geniş tətbiq sahəsini qeyd etmək olar.
Sendviç panel evlərinin bütün bunların yanında bir sıra mənfi xüsusiyyətləri arasında panellərin bəzi növlərinin yüksək tempratura dözümsüzlüyü və yalnız 35-75 dərəcə arası istiliyə dayanıqlı olduğu məlumdur.
Əlverişsiz üfüqi daşıma qabiliyyəti isə bunlardan bir digəridir. Sandviç panel çoxbucaqlı memarlıq tikililərində uğurlu performansa malik deyil, çünki əvvəlcədən hazırlanmış köpük panellər və məftil hörgülər əyilə və ya asanlıqla kəsilə bilməz.
Həmçinin, suya davamlılıq yaxşı deyil, ona görə də onu divarın altında və ya su ilə təmasda olan yerdə istifadə etmək məqsədəuyğun hesab olunmur.
Yeniliklərə abunə ol