UPS şirkətində "Satış üzrə mütəxəssis" vakansiyası
İş barədə məlumat
"UPS" MMC sendviç panel istehsalında lider olan Assan STP Panel-in ölkəmizdə rəsmi distribütorlarından biri kimi uzun illərdir ki, tikinti, energetika, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər üçün bir sıra önəmli təchizat həlləri təklif edir.
- Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
- İşgüzar və korporativ danışıqların aparılması
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Korporativ satış planının yerinə yetirilməsi
Namizədə tələblər
- Şirkət məhsulları haqqında ətraflı biliyə malik olmaq
- Şirkətimiz və məhsullarımız haqqında məlumatı mövcud və potensial müştərilər arasında yaymaq
- Müştərilərlə görüşüb satışlar həyata keçirtmək
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- İş təcrübəsi korporativ satış sahəsində 1- 3 illik iş təcrübəsinin olması
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli
- Müştəriyönümlü satış etmək bacarığının olması
- Liderlik keyfiyyətlərinə malik olmalı
- Korporativ idarəetmənin prinsiplərini bilməli
- Yaş həddi 23-35
İşə qəbul müsahibə əsasında olacaq. AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.
Ünvan: Heydər Əliyev prospekti 115, Caspian Sport Plaza, 3-cü blok, 16-cı mərtəbə, 110-cu otaq.
Uyğun namizədlər “CV”–lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.