Müasir inşaat həlləri

UPS Construction haqqında

2018-ci ildə təsis etdiyimiz UPS Construction, tikinti sektoru başda olmaqla, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərə inşaat və təchizat həlləri təklif edir. “Müasir İnşaat Həlləri" şüarı ilə yola çıxan şirkətimizin başlıca məqsədi müştərilərimizin ehtiyaclarına uyğun innovativ və etibarlı xidmətlər təmin edərək onların fəaliyyətinə dəyər qatmaqdır.
Biz Azərbaycanın müxtəlif sektorlardakı iri şirkətləri ilə əməkdaşlıq edərək əhəmiyyətli layihələrin ərsəyə gətirilməsində iştirak edirik və ölkədə tikinti sahəsində öz mövqeyimizi gücləndiririk. Gələcəkdə ölkə hüdudlarını aşaraq beynəlxalq səviyyədə tanınmaq və xüsusilə etibarlı tərəfdaş olaraq sektorda liderliyi ələ keçirmək bizim hədəfimizdir.
Dünyanın sürətlə dəyişdiyi bir dövrdə, biz komanda olaraq inkişafın vacibliyinə inanırıq və davamlı olaraq öz üzərimizdə işləyirik. Göstərdiyimiz xidmətləri hər zaman mükəmməlləşdirmək məqsədi ilə müştəri sorğularını diqqətlə təhlil edir, yeni həllər və təkmilləşdirmələr tətbiq edirik. Peşəkar yanaşma, yüksək keyfiyyətli xidmət və müştəri məmnuniyyəti bizim əsas prinsiplərimizdir.


UPS Construction xidmətləri ilə müştərilərinə tikinti sahələrində üstün həllər təklif edir:

Sendviç Panel Distribüsiyası – Türkiyənin lider istehsalçısı Assan Panelin rəsmi distribütoru olaraq, yüksək izolyasiya xüsusiyyətlərinə malik, enerjiyə qənaət edən və dayanıqlı sendviç panellər təqdim edirik.

Prefabrik Konteynerlər İstehsalı – Müasir tikintilərdə ideal həll olan, müxtəlif ehtiyaclara uyğun fərdiləşdirilmiş prefabrik konteynerlər təklif edirik.

Açar Təhvil Metal Konstruksiya İşləri – Müasir texnologiyalarla hazırlanan metal konstruksiyalarla layihələrinizi sürətli və təhlükəsiz şəkildə tamamlayırıq.

Niyə biz?

Yüksək Keyfiyyət: Biz məhsul portfelimizi seçərkən məhsulların yüksək keyfiyyətinə və standartlara uyğunluğuna xüsusi diqqət yetiririk və müştərilərimizə tam əminliklə yüksək keyfiyyət vəd edirik.

Bir Başa İstehsalçıdan Sizə: Təklif  etdiyimiz məhsullar birbaşa istehsalçıdan müştərilərə çatdırılır ki, bu da qiymət səmərəliliyinə birbaşa təsir edir.

İnnovasiya: Hər bir layihəyə ən son texnologiya və yenilikçi yanaşmalar tətbiq edirik.

Peşəkarlıq: Təcrübəli və peşəkar komandamız ilə müştərilərimizə yüksək səviyyəli xidmət göstəririk.

Müştəri Məmnuniyyəti: Hər zaman müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə qarşılayırıq.

Etibarlı Əməkdaşlıq və Təhlükəsizlik: Təhlükəsiz iş şəraiti və sürətli xidmətlə müştərilərimizin güvənini qazanırıq.

 

Məhsullar

Məhsullar və Xidmətlər

Biz məhsul və xidmətlərimizlə müştərilərimizə ən keyfiyyətli təcrübə təqdim etməyə çalışırıq.

Müştərilərimizə metal konstruksiyalar ilə prefabrik həllər və konteynerlər təklif edirik.

0

Quraşdırılmış prefabrik evlər

+ 0

Hazırlanmış konteynerlər

+ 0 t

Təhvil verilmiş metal konstruksiya

Partnyorlar

800-dən çox partnyor və müştərilərimiz

Uğurlu əməkdaşlıqlar

Portfolio

Layihələrimiz

Biz layihələrinizin effektivliyini və keyfiyyətini artırmağa kömək etmək üçün yenilikçi tikinti həllərini təqdim edirik. Müasir texnologiyaları və inkişaf edən inşaat tədbirlərini nəzərə alaraq müştərilərimizə sərfəli materiallar təklif edirik.