Konteynerlər – Müasir Ehtiyaclara Cavab Verən Həll
Kontyerner artıq yalnız yükdaşıma vasitəsi deyil. Konteynerlər yataqxana, sanitar qovşaqlar, soyuducu anbar, turistik evlər üçün, inşaat sahəsində ofis kimi və digər müxtəlif istiqamətlərdə istifadə olunur.
Konteyner Nədir?
Konteyner – struktur baxımından dayanıqlı, daşınması asan və fərqli ehtiyaclara uyğunlaşdırıla bilən modul tipli dəmir konstruksiyalardır. Onlar metal karkas və izolyasiya təbəqələri ilə təchiz olunur və istənilən sifarişə uyğun müxtəlif formalarda istehsal edilir:
Yataqxana Konteynerləri
Azad olunmuş ərazilərdə konteynerlərə olan tələbat sürətlə artır. Xüsusilə tikinti sahələri və əməkdaşlar üçün nəzərdə tutulan yataqxana konteynerləri həm funksionallığı, həm də rahatlığı ilə seçilir. Bu konteynerlər daxildə sanitar qovşaqlar, isitmə sistemləri və sadə mebellərlə təchiz edilə bilər.
Artıq insanlar şəhərdən kənarda təbiətə yaxın, sadə və sərfəli yaşayış variantları axtarırlar. Konteyner evlər bu ehtiyaca tam cavab verir. Konteyner evlər istənilən iqlim şəraitinə uyğun məkanda quraşdırıla bilər və hava şəraitinə uyğun təchiz oluna bilər.
Ofislər üçün konteynerlər
Əgər sizə tez quraşdırılan, rahat və büdcəyə uyğun ofis lazımdırsa, konteyner ofislər ideal seçimdir. Konteynerlər həm də istənilən ölçü və formada – layihənizin tələblərinə uyğun olaraq – sifarişlə hazırlana bilər.
Soyuducu və Quru Anbar Konteynerləri
Qida, tibbi preparatlar və sənaye məhsulları üçün nəzərdə tutulan bu konteynerlərin daxilində, temperatur və rütubətə tam stabil saxlanılır. Konteynerin daxilində -40°C-yə qədər soyuducu və ya quru anbar şəraiti təmin etmək mümkündür.
Konteynerlərdən Sanitar Qovşaqlar
Sanitar konteynerlər tikinti sahələri və infrastruktursuz ərazilərdə geniş istifadə olunur. Festival, tədbir və düşərgələr üçün də uyğun olan bu konteynerlər rahat daşınır və qısa zaman ərzində quraşdırılır.
Bəli. Standart ölçülərlə yanaşı, tam fərdi ölçü və planlama ilə konteyner sifarişi vermək mümkündür. Müştərinin ehtiyacına uyğun xüsusi layihələr həyata keçirilir.
Əlbəttə. Konteynerlər istilik izolyasiyası, pəncərə sistemləri və kondisioner ilə təchiz edilərək istənilən hava şəraitində rahat istifadə üçün hazırlanır.
Konteynerlər yüksək keyfiyyətli metal karkasla hazırlanır və ağır hava şəraitinə, zəlzələyə və mexaniki təsirlərə qarşı davamlıdır. Uzunmüddətli istifadə üçün nəzərdə tutulur.
Bəli. Daxili arakəsmələr, əlavə pəncərə/qapılar, terras, dam konstruksiyası və digər dəyişikliklər müştərinin istəyinə uyğun tətbiq olunur
Bəli. Hər konteyner üçün rəsmi müqavilə, zəmanət təqdim olunur. Eyni zamanda texniki dəstək və servis xidmətlərimiz mövcuddur.
Konteynerlər zavoddan tam hazır vəziyyətdə çıxarılır və xüsusi yük maşınları ilə sifarişçi ünvanına çatdırılır. Yerində quraşdırma komandamız tərəfindən həyata keçirilir.
Peşəkar komandamız müxtəlif təyinatlı obyektlərin metal konstruksiyalarının quraşdırılmasını, sendviç panellərin montajını, boruların çəkilişini, qazma-quraşdırma ilə bağlı ən mürəkkəb işləri həyata keçirir. İcra etdiyimiz işlərə tam zəmanət veririk.