Məhsullar

Poliuretan divar paneli

Poliuretan divar paneli

Poliuretan Divar Panelləri (PUR) poliol, pentan və izosionat adlı üç əsas tərkib hissənin xüsusi istehsal şəraitində katalizator materiallarla yüksək təzyiq altında birləşməsi nəticəsində yaranan bərk poliuretan köpükdür. Köpük qapalı hüceyrə strukturuna malikdir və buna görə də yüksək dərəcədə istilik izolyasiyasını təmin edir. Səs, su və keçirməzliyinə malikdir. Bakteriya yaratmır. Sıxılmaya müqaviməti yüksək olduğundan məhsuldarlığı yaxşıdır. Maksimum 70-80°C temperaturda istifadə edilməlidir. Maksimum 100-110 °C temperatura davamlıdır. Temperatur daha yüksək olduqda xüsusiyyətlərini itirir.

Poliuretan divar panellərin istehsalı

Divar panellərinin hazırlanması zamanı 0,3-0,5 mm qalınlığı və 1090, 1150 və 1250 mm eni olan polimer örtüklü polad lövhələrdən istifadə edilir. Almaniyadan gətirilmiş xüsusi avadanlıqlar sayəsində davamlılıq faizi və izolasiya gücü artan panellərimiz bazarda öz yerini daima qoruyub saxlayır. Rənglər “RAL” rəng kataloquna əsasən seçilir və poliuretan divar panellərinə (PUR) tətbiq olunur.

İstifadə sahələri

Divar panelinin istifadə sahələri genişdir. Zavod binaları, sənaye, hərbi, sosial, kənd təsərrüfatı, idman təyinatlı tikililər, tikinti sahələrindəki müvəqqəti binalar, toyuq fermaları, soyuducu otaqlar, bunkerlər, hipermarketlər, ticarət mərkəzləri, örtülü bazarlar, istilik elektrik stansiyaları kimi daşıyıcı sistemi polad və ya yığılma karkas olan böyük ölçülü binaların divarlarında istifadə edilir.

 

Colors of product

RAL 9002 RAL 1015 RAL 7040 RAL 7024 RAL 8017 RAL 5005 RAL 8004 RAL 3005 RAL 6020

Technical parameters

Yanğına davamlı
Nəm izolyasiyalı
Səs izolyasiyalı
Sıxlıq
Mexaniki
Temperatur
Ölçü stabilliyi
Su udma
Other Products