Poliuretan Divar Panelləri (PUR) poliol, pentan və izosionat adlı üç əsas tərkib hissənin xüsusi istehsal şəraitində katalizator materiallarla yüksək təzyiq altında birləşməsi nəticəsində yaranan bərk poliuretan köpükdür. Köpük qapalı hüceyrə strukturuna malikdir və buna görə də yüksək dərəcədə istilik izolyasiyasını təmin edir. Səs, su və keçirməzliyinə malikdir. Bakteriya yaratmır. Sıxılmaya müqaviməti yüksək olduğundan məhsuldarlığı yaxşıdır. Maksimum 70-80°C temperaturda istifadə edilməlidir. Maksimum 100-110 °C temperatura davamlıdır. Temperatur daha yüksək olduqda xüsusiyyətlərini itirir.
Divar panellərinin hazırlanması zamanı 0,3-0,5 mm qalınlığı və 1090, 1150 və 1250 mm eni olan polimer örtüklü polad lövhələrdən istifadə edilir. Almaniyadan gətirilmiş xüsusi avadanlıqlar sayəsində davamlılıq faizi və izolasiya gücü artan panellərimiz bazarda öz yerini daima qoruyub saxlayır. Rənglər “RAL” rəng kataloquna əsasən seçilir və poliuretan divar panellərinə (PUR) tətbiq olunur.
Divar panelinin istifadə sahələri genişdir. Zavod binaları, sənaye, hərbi, sosial, kənd təsərrüfatı, idman təyinatlı tikililər, tikinti sahələrindəki müvəqqəti binalar, toyuq fermaları, soyuducu otaqlar, bunkerlər, hipermarketlər, ticarət mərkəzləri, örtülü bazarlar, istilik elektrik stansiyaları kimi daşıyıcı sistemi polad və ya yığılma karkas olan böyük ölçülü binaların divarlarında istifadə edilir.