Poliuretan və daş yun panellərin fərqi

2134
Tarix: İyul 2021

UPS Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar arasında tikinti sektorunda geniş istifadə olunan sendviç panellər xüsusi yer tutur.

Şirkətin istehsal etdiyi sendviç panellər ekoloji cəhətdən təmiz materiallardan hazırlanaraq, yüksək keyfiyyəti ilə seçilir. Bundan əlavə, sendviç panellər yüksək izolyasiya qabiliyyətinə malikdir, səs və nəm keçirməz, korroziyaya davamlıdılar. Sendviç panellər arakəsmə, divar və ya dam örtüklərinin inşasında istifadə olunur.

UPS şirkətinin istehsal etdiyi sendviç panellərin iki növü mövcuddur. Onların arasında poliuretan və daş yun panelləri var. Bəs bu iki növ panellərin özəllikləri və fərqləri nədir?

Belə ki, poliuretan panellər kimyəvi reaksiya nəticəsində yaranmış möhkəm poliuretan köpükdən ibarətdir. Material olaraq, köpük, yüksək dərəcədə istilik izolyasiyasını təmin edir. Bu material özünə su hopdurmur və suda batmır. Temperatur baxımından 100-110°C temperatura davamlıdır. Daha yüksək temperaturda isə artıq xüsusiyyətlərini itirir. Materialın istifadəsi üçün yararlı olan maksimal temperatur göstəricisi 70-80°C.

Poliuretandan fərqli olaraq, daş yun panellər qeyri-orqanik xam maddələrin əridilərək, lif halına gətirilməsi nəticəsində yaranır. Material olduqca davamlıdır və, hətta, nəm və rütubətə məruz qaldıqda ölçülərində dəyişiklik baş vermir. Daş yun panellər çürümür, kiflənmir, paslanmır, korroziyaya məruz qalmır, həşəratlar və mikroorqanizmlər tərəfindən dağıdılmır. Daş yun panellərinin daha bir xüsusiyyəti onların istilik və səs izolyasiyası, akustik tənzimləmə və yüksək dərəcədə yanğın təhlükəsizliyini təmin etməsidir.

Konsultasiya üçün UPS şirkətinin peşəkarlar komandasına müraciət edə bilərsiniz.