Gördüyünüz 3 ədəd su çəninin hər birinin su tutumu 400 m3 təşkil edir. İstifadə zamanı tətbiq olunmuş detallar və işçilik Uniprocurement keyfiyyəti daşıyır.
Qeyd olunduğu kimi, quraşdırılma zamanı metal işləri Metal Konstruksiya zavodumuzda görülüb, izolyasiya, qaynaq və montaj işləri isə inşaat qolumuz tərərfindən icra edilib. İxtisaslaşmış heyyətimizin vəhdət halında çalışması arzu olunan nəticəni qısa zaman çərçivəsində və mükəmməl şəkildə həyata keçirməyə imkan yaradır.
Müxtəlif təyinatlı tikinti, quraşdırılma, istehsal və montaj işləri üzrə fəaliyyət göstərən şirkətimiz ümumilikdə 1000 m3 tutumuna kimi olan su çənləri və silos sistemlərinin istehsalı ilə də məşğuldur. Prosses zamanı istifadə edilən materiallar yerli istehsalat olub, öz müəssisımizdə yerləşən avadanlıqlar vasitəsilə 10 mm-ə qədər olan metalların silinder vasitəsi ilə bükülməsi şəkildə həyata keçirilir. Sahib olduğumuz üstün keyfiyyətli avadanlıqlar mühəndislərimizin və beynəlxalq standartların uyğun bildiyi, tələb olunan ideal metal qalınlığını və bu cür nəhəng çənlərin istehsalını əlçatan edir. Seçilmiş detallar tam biouyğunluğa malikdir və insan sağlamlığı üçün heç bir təhlükə daşımır. Həmçinin, istifadə olunan materiallar uzunömülüdür və paslanmaya qarşı davamlıdır.
Yeniliklərə abunə ol