Son zamanlar tikinti sektorunda sendviç panellərin populyarlığı artır.
Səbəb çox sadədir: Sendviç panellər vasitəsilə qısa zamanda modern görünüşlü villa, kommersiya obyekti və yaxud ofis ucaltmaq mümkündür. İnşa olunan evlər möhkəmlik və dayanıqlıq baxımından keyfiyyətli tikinti normalarına tam cavab verir. Sendviç panellərin daha hansı üstünlükləri var deyə sual yaransa, istənilən görünüşdə sendviç panellərdən istifadə edərək obyekti, müxtəlif formada inşa etmək olar. Hətta bu evlər hər hansı iqlim şəraitinə uyğundur.
Asan daşınan sendviç panellərdən ibarət modul evlərin hissələri zavodda, beynəlxalq standartlara uyğun, yalnız keyfiyyətli material istifadə edərək istehsal olunur və ya daşınaraq ərazidə quraşdırılır. Rahat modul evlər qurularaq tam hazır şəkildə elektrik, sanitar qovşağı və s. kimi bir evə lazım olacaq bütün ehtiyacları təmin olunaraq təhvil verilir.
Təhlükəsiz sendviç panellərin vasitəsilə tikilən binaların və evlərin seysmik dayanıqlığı çox yüksəkdir. Çünki konstruksiyasının möhkəmliyi, arakəsmələrin keyfiyyəti, müvafiq normativ-hüquqi və normativ-texniki sənədlər və qaydalar əsasında istehsal olunur.
Yeniliklərə abunə ol