Poliuretan sendviç panellərin müsbət cəhətləri

2287
Tarix: Sentyabr 2022

Bu gün bazarda çox sayda dam örtüyü materialları var. Bunlar ev sahiblərinə həm dayanıqlı, həm də ucuz variantları təklif edir. Bu növ materiallar arasında istehlakçılar tərəfindən ən çox üstünlük veriləni poliuretan sendviç panel növüdür və bu məqalədə bunun bir sıra səbəblərini sadalayacağıq.

Poliuretan (PU) materiala soyuducu, avtomobil, ayaqqabı və hətta çarpayı kimi gündəlik istifadə olunan əşyalarda belə rast gəlmək olar.

Elastiklik, yüksək yükləmə qabiliyyəti, güclü yapışma və sərfəli istehsal texnikası, həmçinin, nəm, aşınma, suy, yağ, kif və göbələk kimi kənar faktorlara qarşı davamlıdır.

Kompozit məhsul olan sendviç panel iki metal səthdən və bir izolyasiya materialından ibarətdir. Sendviç panellərin uzunmüddətli strukturunun qorunub saxlanması, binanın ehtiyaclarına, ətraf mühitə və iqlim şəraitinə uyğun olaraq düzgün texniki şərtləri seçməklə məhsul komponentlərinin dizaynından asılıdır.

İstehsal zamanı diqqətə alınan bir başqa nüans isə sendviç panellərin xarici səthinin temperatur dəyişikliklərinə, UV şüalarına və xarici mühit şəraitinə davamlılığı, daxili səth kimyəvi və fiziki təsirlərə və binanın daxili mühitindən yarana biləcək kondensasiyaya davamlı olmasıdır.

Bir çox tikinti növlərində uyğun sendviç paneli seçməklə həm tikinti, həm də montaj vaxtına qənaət edə bilərsiniz. Asan quraşdırma xüsusiyyətləri sayəsində sendviç panelləri genişləndirə və yeniləyə bilərsiniz. Üstəlik, panellər sökülüb təkrar istifadə oluna bildiyi üçün həm qənaətcil, həm də praktikdir.

Sendviç panellərin yüngül çəkisi daşıma və əsas tikinti xərcləri baxımından da əlverişlidir. Bundan əlavə, hazır konstruksiyaları sayəsində təmir xərclərini azaldır.