Sendviç panellərin əsas xüsusiyyətləri aşağıdakı parametrlərdən ibarətdir: eni, uzunluq, qalınlıq, sıxlıq, çəki, yanğına davamlılıq, səs izolyasiyası, yükgötürmə və istilik müqaviməti.
Dam və divar sendviç panellərinin sıxlığı 38÷42 kq/m³-dir.Dam və divar sendviç panellərin eni 1 m, uzunluğu tələb olunan spesifikasiyadan asılı olaraq 3 m-dən 15 m-ə qədər ola bilər.
Divar və dam sendviç panellərinin qalınlığı 50, 60, 70, 100 mm-dir.
Uniprocurment sendviç panelləri səsi keçirtmir, yanğına və şaxtaya davamlıdır.
Sandviç panellər 2 növ izolyasiyadan hazırlanır: poliuretan və daş yunu. Poliuretan izolyasiyasının tərkibinə daxildir: poliol, pentan, izosionat, katalizator. Daş yunlu sendviç panellər bazalt daş liflənməsindən olur.
Uniprocurment dam sendviç panelləri 600 kq-a qədər yük götürmə qabilliyəti var.
Uniprocurment sendviç panellər hər iki tərəf metal listdən və gizli vidalı (sirli kilid) olur.
Sendviç panellərinin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir (RAL 9002, RAL 7024, RAL 6002 və s.).
Xüsusiyyətlərin uzunmüddətli saxlanması və hazır binaların davamlılığı "UPS" sendviç panellərinin keyfiyyətli materialların istifadəsi, qabaqcıl istehsal texnologiyası və davamlı örtüklərin istifadəsi ilə təmin edilir. Bu xüsusiyyətlər sayəsində məhsullarımız inşaat sahəsində bizimlə işləmək istəyən müştərilərin ən tələbkar ehtiyaclarını belə təmin edəcəkdir.
Yeniliklərə abunə ol