Metal konstruksiyaların növləri haqqında

2456
Tarix: Aprel 2021

Mürəkkəb metal konstruksiyalardan insanlar XIX əsrdən başlayaraq aparan karkas şəklində istifadə edirlər.

Bu gün isə metal konstruksiyalar, demək olar ki, inşaat sektorunun bütün sahələrinə diffuziya ediblər. Qurğunun möhkəmlik və yüngüllüyü onun istifadəsini asanlaşdırır, montaj və demontajın sadəliyi isə iri obyektlərin böyük məsafələrə hərəkətini rahat və tez həyata keçirir.

Tikintidə metal konstruksiyalardan aşağıdakı hallarda istifadə olunur:

  • Bina və tikililərin karkaslarında
  • Dəmir yollar və körpülərin istehsalında
  • Kommunikasiya sistemində
  • Qüllə və rabitə antenalarının quraşdırılmasında
  • Reklam lövhələrinin və kiçik ölçülü memarlıq formalarında

Fərqli məqsədlər üçün müxtəlif metal konstruksiyaların növlərindən istifadə olunur. Öz təyinatına görə metal konstruksiyalar aşağıdakı əsas növlərə bölünür:

  • Metal karkaslar, adətən, inşaatda istifadə olunur. Kənd təsərrüfatından tutmuş əyləncə sahəsinə qədər olan müxtəlif tipli tikintilərdə karkas kimi istifadə olunur. Bundan başqa, karkaslar, həm də rabitə qüllələri kimi də xidmət edə bilir.
  • Kirişlər – inşaatda əvəzolunmaz sadə konstruksiyalardır. Karkas kimi, kirişlər də, insan fəaliyyətinin, demək olar ki, bütün sahələrində istifadə olunur.
  • Blok-konteynerlər təhlükəsizlik və etibarlılıq baxımından uyğundur. Onların əsas istifadə sahəsi yol infrastrukturu və ya anbarlardır.
  • Arakəsmə və çəpərlər möhkəmliyi ilə seçilərək, həm də, istehsalda sadədirlər.
  • Xİdmətçi konstruksiyalara sadə metal stullar və pilləkənlər aiddir. Onların məqsədi komfort və təhlükəsizliliyin təminatıdır.

Metal konstruksiyaların əsas üstünlükləri onların möhkəmliyi, yüngüllüyü, ətraf mühit şəraitinə dözümlü olmasıdır.