Fərdi mühafizə vasitələri haqqında

2993
Tarix: Sentyabr 2021

Azərbaycan Respublikası Qanunvericiliyinin əməyin mühafizəsi haqqında qanununa əsasən, işçilər xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə mütləq şəkildə təmin edilməlidir.

İnşaat və təmir prossesi zamanı işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunan fərdi mühafizə vasitələri hansılardır:

İşçi geyimləri - ümumi təyinatlı, oda davamlı, kimyəvi dayanıqlı geyimlər və yağmurluqlar

Qoruyucu baş geyimləri - qoruyucu kaskalar və papaqlar, kaska üçün aksesuarlar

Gözlərin və üzün müdafiəsi üçün vasitələri - qoruyucu və optik eynəklər, qoruyucu üz sipərləri

İşçi ayaqqabıları – işçi üçün botinka, ayaqqabı, dielektrik çəkmələr

Qoruyucu əlcəklər - ümumi təyinatlı, kimyəvi məhsullara dayanıqlı, dielektrik və dəri əlcəklər

Tənəffüs orqanlarının mühafizəsi vasitələri - bir istifadəlik respiratorlar, kartric və filtrlər

Səsdən qoruyucu vasitələr – qulaqlıqlar, qulaq tıxacları, səs dozimetrləri

Hündürlükdən yıxılmağa qarşı qoruyucu vasitələr - qoruyucu bədən kəmərləri, kəndirlər, hündürlükdə təhlükəsizlik təminatı blokları

İlkin yardım və dərinin mühafizəsi vasitələri - ilk yardim qutuları, göz yuyucu vasitələr, tibb ləvazimatları

Təhlükəsizlik nişanları - məcburi əməl etmə, qadağaedici, yanğın təhlükəsi, xəbərdarlıq, ilkin yardım nişanları və s. Bu kimi mühüm məhsullar daxildir.

İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması qədər, bu vasitələrin mövcüd keyfiyyət standartlarına uyğun şəkildə və keyfiyyətli olması da bir o qədər vacib amildir. Buna görə də, məhz Uniprocurement şirkətininsizlərə təqdim etdiyi üstün keyfiyyətli və Avropa standartlarına uyğun vasitələr ideal seçimdir.