Hər ay 300-dən artıq müxtəlif ölçülü konteynerlər istehsal etmək gücü və buna paralel olaraq 300 ton-a qədər konstruksiya işləri potensialına malik, şirkətlər qrupumuzun nəznində fəaliyyət göstərən 4500 m2 ərazini əhatə edən fabrikimiz ilə biz Azərbaycanın ən böyük konteyner istehsalçısıyıq!
İstehsalat və qurulma zamanı istifadə etdiyimiz texnologiya ən son dünya standartlarına uyğundur. Bütün bu yeniliklərin tətbiqi ilə yanaşı bizi nömrə bir edən digər amil isə professional və işinə güvənən komandamızdır. İxtisaslı mühəndis, qaynaqçı və işçi heyyətimizin dərin bilik və bacarıqları sayəsində öhtəsindən gələ bilməyəcəyimiz heç bir tapşırıq yoxdur.
Konstruksiya sahəmizdə qurulma sexi ilə yanaşı istehsalat prosesini həyata keçirən seximiz də mövcuddur. Burada 70 mm-ə qədər CNC kəsim, büküm, əyim, deşmə əməliyyatlarını həyata keçirən avadanlıqlarımız ilə yanaşı torna dəzgahımız da mövcuddur. Müəssisəmizdə antikarroziya prosesinə xüsusi diqqət yetirilir. İstehsal etdiyimiz məhsullarımız avtomat və yarım avtomat qumlama sahəsində standartlara uyğun şəkildə qumlandıqdan sonra iki qat boya təmin edilir. Nəticədə konstruksiyalarımızın karroziya əleyhinə davamlılığı yüksəlir.
Məhz bu üstün keyfiyyətlərimiz bizi digərlərindən fərqləndirərək, 5000-dən artıq konteyner, 80 000 m2 -dan artıq prefabrik həllər və 5000 tondan artıq metal konstruksiya göstəricisi ilə ölkəmiz üçün record sayıla biləcək bir nəticəyə imza atmışıq.
Yeniliklərə abunə ol