Universal Procurement şirkətinin fəaliyyətinin əsas qollarından birini təşkil edən modul tipli konteyner – modul tipli xəstəxanaların istehsalını təşkil edir.
Sürətli və güvənli həll olan modul tipli xəstəxanalar şirkətimiz tərəfindən uzun illərin təcrübəsinə əsaslanaraq inşa edilir. Yüksək texnologiya ilə qurulan bu prefabrik modul tipli xəstəxanalar, ənənəvi tikintiyə görə daha qısa zaman çərçivəsində və ekonomik şəkildə ərsəyə gəlir. Karkas sistemli olan modul tipli tikililər qısa vaxt ərzində yığılıb, montaj olunaraq, əraziyə hazır şəkildə çatdırılır. Modul tipli xəstəxanaların eksteryer örtüyü, interyer dizaynı, tavan, pəncərə və qapı seçiminin tələbə uyğun şəkildə hazırlanması mümkündür.
Modul tipli xəstəxanalar müxtəlif ölçüdə hazırlana bilər. Hazırlanma proseduru zamanı birbaşa qurulması, onların daşınma və yerləşdirilmə prossesini olduqca asan edir. Müxtəlif təyinatlı tibbi fəaliyyətlər üçün uyğun olan bu konteynerlər, su və yanğına davamlı olan, yüksək termo və səs izolyasiyasına malikdirlər. Bu da, modul tipli xəstəxanaları istənilən iqlim və iş şəraitinə uyğun edir. Təcrübəli və peşəkar heyyətimiz tərəfindən layihələndirilən və hazırlanan xəstəxanalar iş üçün lazımi ola biləcək hər bir şəraitlə təmin edilir. Bura, həmçinin, su və elektrik xətlərinin çəkilməsi də daxildir.
Yeniliklərə abunə ol