Poliuretan dam panelləri

2619
Tarix: Aprel 2023

İnşaat bazarında müxtəlif növ dam örtüklərinə rast gəlirik.

Keçmişə nəzər salsaq, dam örtüyü bəşəriyyət tarixində önəmli tikinti materialı sayılıb. Dam örtüyü evi xarici təhlükələrdən, ən gərgin hava şəraitindən qoruyur. Dünya tarixində ilk dam örtüyü ərzaq ehtiyatlarını qorumaq üçün çərçivələr üzərindən çəkilmiş heyvan dərisi idi.

Sonralar qoyun yunundan, gildən, ağacın yarpaqlarından dam örtüyü kimi istifadə etmişlər. Xll əsrdə avropalılar dam örtüyü üçün taxta və daşdan istifadə edirdilər.

İnsanlar daim evlərini qorumaq üçün ən yaxşı tikinti materialı axtarıblar.

Son zamanlar Azərbaycanda sənaye və mülki obyektlərin intensiv tikintisi və yenidən qurulması sayəsində, dam örtüklərinin istehsalı və ixracı xeyli artmışdır. Bazarda müxtəlif növ dam örtüklərinin olmasına baxmayaraq, alıcılar poliuretan sendviç paneldən hazırlanmış dam örtüklərinə üstünlük verirlər. Poliuretan dam örtüklərinin istehsalı zamanı, poliuretan poliol, pentan və izosionat adlı materialların kombinasiyasından istifadə olunur. Nəticədə isə, ideal dam örtüyü yaranır. Poliuretan dam panelinin ən böyük üstünlüyü - yüksək istilik izolyasiyasıdır. Qışda enerji sərfiyyatına qənaət etməyə, yayda isə binanı sərin saxlamağa kömək edir. Enerji xərclərinin qənaətini əhəmiyyətli dərəcədə təmin edir.