Məlum olduğu kimi, sendviç panellər tez, asan, yüksək izolyasiya qabiliyyəti, büdcə dostu, estetiklik və dayanıqlılıq kimi bir sıra xüsusiyyətlərə malik olduğu üçün geniş tətbiq sahəsinə malikdir. Bu tətbiq sahələri arasında sənaye və ticari tikililər, soyuq depolar, sosial, təsərrüfat və heyvandarlıq tipli tikililər xüsusilə ön plana çıxır. Sendviç panellərin bir çox üstünlükləri ilə tanışıq.
İç dolğu materialı polimer əsaslı köpük istifadə olunan sendviç panellərin yüksək istiliyə qarşı dözümlülüyü aşağıdır və bəzən həddindən artıq isti iqlim şəraitində, günəşin təsirindən deformasiya olması da qaçılmazdır. Bu səbəbdən, sendviç panellərin yanğın təhlükəsi və istilik göstəricisi yüksək olan ərazilərdə tətbiq olunması məqsədəuyğun hesab olunmur.
Çox isti iqlim ilə yanaşı olduqca soyuq tempraturlu ərazilərdə də sendviç panellərin istifadəsindən yayınmaq məsləhət görülür. Buna səbəb kimi sendviç panellərin birləşmə hissələrinin donma riski göstərilir.
Sadalanan səbəblərlə yanaşı, alınabiləcək güclü zərbə nəticəsində panellərin estetik görünüşündə qusurlar meydana gələ biləcəyi səbəbilə, onların bu cür mühitdə istifadəsi yalnış seçim olardı.
Doğru seçim, yüksək işçilik ilə tətbiq, keyfiyyətli material və uyğun sahədə tətbiq edildiyi zaman sendviç panellər ən uğurlu tikinti vastilərəndən biridir.
Yeniliklərə abunə ol