x

TƏKLİF AL

Modul tipli evlər
Yaşayış binaların tikintisi
Sendviç panellərin quraşdırılması

Füsünkar memarlıqla İnşa edİrİk

Memarlarımız sizin üçün füsunkar və müasir həllər təklif edir. Sənaye tipli obyektlərin, ofis, dövlət strukturu binalarının, plaza və hotellərin, yaşayış məntəqələrinin inşaatı zamanı fasad sisteminin cəlbedici olması bizim üçün önəmlidir. Şirkətimizin vizit kartı kimi hesab etdiyimiz dam və fasad işlərində ən yaxşı həlləri tətbiq edirik.


Təkliflərimiz

Füsünkar memarlıq üslubunda olan yaşayış və qeyri yaşayış binaları.

Kenet cəbhə sisteminin icrası ilə fasad və dam işlərinin görülməsi.

Sendviç panel, kirəmit, profnastil materialların montajı.

İşə sahədən öncə başlayır, sahədə sonlandırırıq

Həm memar, həm də mühəndis komandamız fasad və dam sistemlərinin icrası ilə bağlı onlarla istiqamətdə həllər təklif edirlər. Sənaye tipli obyektlərdə sendviç panel, yaşayış üçün olan villa və binalarda keramoqranit, betopan, alkopan, dövlət təyinatlı tikililərdə isə alüminium profil, qranit, mərmər, aqalay kimi materialların tətbiqini həyata keçiririk. Tətbiq etdiyimiz materiallar adətən ekoloji cəhətdən təmiz, ekonom, həm də füsünkar vizual görüntüyə sahib olurlar. Qürurla deyə bilərik ki, Azərbaycanda sendviç panel, betopan, kenet, termo taxta kimi materialların tətbiqini ilk həyata keçirən tikinti şirkətlərindənik.

Kenet sistemini tətbiq etmək üçün xüsusi avadanlıqlara, bilgili mühəndislərə və sahədə bu işi icra edə biləcək professional komandaya sahib olmaq lazımdır. Bütün bunlar olmadan ideal ölçülərlə hazırlanmalı olan kenet sistemlərinin icrasını həyata keçirmək mümkün olmayacaq. 

Biz ölkəmizdə yaşayış binalarında tətbiq edilən daş və beton sistemlərinin yerinə alternativ təklif edən ilk şirkətik. Öz konseptlərimizdə alternativ olaraq metal konstruksiya, betopan, sendviç panel, daş yunu, xps, osb kimi materialları tətbiq edirik. Nətiəcədə daha ekanom, daha dözümlü, daha sürətli həllər əldə etmək mümkün olur.

Azərbaycanın ən iri sendviç panel montajçısı

Qürurla deyə bilərik ki, sendviç apnel kimi müasir materialları Azərbaycanda ilk tətbiq edən şirkətlərdən biriyik. Biz ayda 30.000 m2-dən çox sendviç panel məhsullarını montaj edirik. Bu tip panellər müxtəlif ölçülərdə və tərkiblərdə ola bilir. Sendviç panellərin montajı zamanı onların düzgün birləşməsinə, izolyasiya materiallarının düzgün tətbiqinə və akssesuarların lazımi formada, yerdə istifadə edilməsinə xüsusi dəqqət yetirmək lazımdır. Əks halda lazımi nəticələri əldə etmək mümkün olmayacaq. Yüzlərlə quşçuluq, ferma, zavod, fabrik, anbar, soyuducu və quruducu kamera kimi müxtəlif təyinatlı məkanlarda montaj fəaliyyəti həyata keçirən komandamızla ideal nəticələr əldə edə bilərsiniz.

Sendviç panel məhsullarımızla ətraflı şəkildə tanış olun

SENDVİÇ PANEL