x

TƏKLİF AL

Boru xətti montajı
Boru xətti montajı
Boru xətti montajı

Km-lərlə məsafədə su və kanalizasiya xətlərini çəkirik

Şirkətimiz uzun illərdir ki, alt yapı sahəsində fəaliyyət göstərir. İllərdir ki, dövlət sturkturlarını, iri şirkətləri həm yerli, həm də beynəlxalq layihələrdə polimer tərkibli boru xətləri ilə təmin edirik. Material təminatı ilə paralel mühim dövlət layihələrində boru çəkilməsini icra etmişik. Bakıdan Zəngilana qədər bütün regionlarda izimiz var.


Təkliflərimiz

Mühəndis heyətimiz sayəsində prossesin düzgün və sürətli planlamasını icra edirik.

Standarta cavab verən, ən müsir avadanlıqlarla istehsal edilən materiallardan istifadə edirik.

Sahə işçilərimizin təcrübəsi nəticəsində ən ekstrimal şəraitlərdə belə düzgün və sürətli qaynaq təmin edirik.

İşə sahədən öncə başlayır, sahədə sonlandırırıq

 Alt yapı işlərinin düzgün getməsi üçün ən önəmli faktorlardan biri təcrübəli komandaya sahib olmaqdır. Onlarla beynəlxalq və yerli layihələrdə çalışma təcrübəsinə malik komandamız ilə böyük işlərin öhdəsindən gəlmişik. Biz işi harada başlayıb, harada bitirməli olduğumuzu yaxşı bilirik. Bunu sahədə deyil, öncədən müəyyənləşdirir, bütün forsmajor halları hesablayırıq ki, icra zamanı hər hansı bir ləngimə baş verməsin. Alt yapı işinin müəkəmməl icrasının böyük hissəsi məhz sahədən öncə, planlama zamanı başlayır. İşin yerin altında getdiyini nəzərə alaraq burada səhvə yol vermək olmaz. Çünki cüzi səhv böyük vaxt itkisinə bərabərdir.

İstifadə edilən materiallar çox önəmlidir. Biz 1200 ∅ qədər su və kanalizasiya xətlərini montaj etmişik. Bu borular illərdir istismara verilib. Bu səbəbdən də düzgün xam mal tərkibinə sahib, müasir avadanlıqlarda istehsal edilmiş, labaratoriya tərəfindən təsdiqlənmiş polimer borulardan istifadə edirik. 

20 atmosferə  və 1200 ∅ qədər PE tərkibli borularımız vasitəsi ilə Azərbaycanın bir sıra nəhəng su xətti layihələri icra edilib. Həmin layihələr beynəlxalq təşkilatlar tərəfindən isnpeksiya edildikdən sonra istismara verilib. Həmçinin Sn8 standartında 1000 diametrə qədər olan PPH tərkibli qofra borularımız isə alt yapı bazarının alternativsiz lideridir.

Yerin altını da, üstünü də əla tanıyırıq.

İllərdir ki, komandamızda fəaliyyət göstərən sahə əməkdaşları vasitəsi ilə istənilən şəraitdə müxtəlif təyinatlı layihələrdə çalışmışıq. Komandamızın professionallığı nəticəsində layihələr zamanından öncə təhvil verilib. Bu yalnız bilik və bacarıqlar hesabına deyil, komanda ruhu ilə baş verir. Həm qaynaqçı, həm də texinkada çalışan operatorlarımızın komanda ruhu ilə çalışması bizi digərlərindən fərqləndirir.

1200 diamterə qədər su və kanalizasiya borularımızı əldə etmək üçün səhifəmizə daxil olun.

POLİMER BORULAR