Sendviç panel
Sendviç panelləri zavodunun istehsal etdiyi sendviç panelləri çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir. Demək olar ki, bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. İstehsal olunan divar və dam panellərinin alt və üst örtüklərinin uzununa konturu trapesvarı şəkildədir, qapalı kilidlənəndir və eyni xətlərdə hazırlanır.
“RAL” rəng kataloqu
Sendviç panellərinin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir. Panellərin dam və ya divar tipli olmasından asılı olaraq metal lövhələrin arasına izosianat, poliol, pentan və katalizator vurulur. Məhsulların istehsalında 0,3-0,8 mm qalınlıqda eni 1090, 1150 və 1250 mm olan polimer örtüklü polad lövhələrdən istifadə edilir. Zavodda Almaniyanın bu sahə üzrə ən yüksək standartlara cavab verən avadanlıq istehsalçısı olan “Krauss Maffei” şirkətinə məxsus istehsal xəttində saatda 230 - 306 m² (qalınlıqdan asılı olaraq) poliuretan, 180 m² daş yunlu divar və dam sendviç panel istehsal olunur. Poliuretan panellərin sıxlığı 38÷42 kq/m³-dir.
Poliuretan Divar Paneli
Poliuretan (PUR)
Poliuretan poliol, pentan və izosionat adlı üç əsas tərkib hissənin xüsusi istehsal şəraitində katalizator materiallarla yüksək təzyiq altında birləşməsi nəticəsində yaranan bərk poliuretan köpükdür. Köpük qapalı hüceyrə strukturuna malikdir və buna görə də yüksək dərəcədə istilik izolyasiyasını təmin edir. Lazım olan səviyyədə istilik izolyasiyası əmsalının əldə edilməsi və panelin daşıyıcı xüsusiyyətlərini təmin etmək üçün poliuretanın qalınlığı 40(±2) kq/ m³ arasında olmalıdır. Su hopdurmur, suda üzür. Bakteriya yaratmır. Sıxılmaya müqaviməti yüksək olduğundan məhsuldarlığı yaxşıdır. Maksimum 70-80°C temperaturda istifadə edilməlidir. Maksimum 100-110 °C temperatura davamlıdır. Temperatur daha yüksək olduqda xüsusiyyətlərini itirir.









“RAL” rəng kataloqu
Sendviç panellərin RAL rəng kodları








Ölçüsü | Tolerans (izin verilen en) |
---|---|
Panelin qalınlığı | 50; 60; 70; 100 mm ± 2 % |
Panelin uzunluğu boyu ölçünün kənaraçıxması | L=200 mm uzunluğa görə 0,6 mm |
L=400 mm uzunluğa görə 1,0 mm | |
L>700 mm uzunluğa görə 1,5 mm | |
Dam panelin üst hissəsinin qabırğalarının ölçüləri | 5<h≤50 mm ± 1 mm |
Panelin uzunluğunda yol verilən hədlər | L≤3 m ± 5 mm |
Panelin enində yol verilən həddlər | L>3 m ± 10 mm |
Əyrilik | W ± 2 mm |
Təpə genişliyi (b1) və yataq genişliyi (b2) | Hər metr uzunluq üçün 2mm, maksimum 20mm |
Quraşdırma zamanı kənaraçıxma hədləri | B1 ± 1 mm , B2 ± 2 mm |
Hər bir metr üçün 1-5 mm |