x

TƏKLİF AL

Sendviç panel

Sendviç panelləri zavodunun  istehsal etdiyi  sendviç panelləri çox  yüksək keyfiyyəti, əla  istilik izolyasiyası,  asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir. Demək olar ki,  bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur.  İstehsal olunan divar  və dam panellərinin alt və üst  örtüklərinin uzununa konturu trapesvarı şəkildədir, qapalı  kilidlənəndir və eyni xətlərdə hazırlanır.

“RAL” rəng kataloqu

Sendviç panellərinin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir. Panellərin dam və ya divar tipli olmasından asılı olaraq metal lövhələrin arasına izosianat, poliol, pentan və katalizator vurulur. Məhsulların istehsalında 0,3-0,8 mm qalınlıqda eni 1090, 1150 və 1250 mm olan  polimer örtüklü polad lövhələrdən istifadə edilir. Zavodda Almaniyanın bu  sahə üzrə  ən yüksək standartlara cavab  verən  avadanlıq istehsalçısı olan  “Krauss  Maffei” şirkətinə məxsus istehsal xəttində saatda  230 - 306 m² (qalınlıqdan asılı olaraq) poliuretan, 180 m² daş yunlu divar  və dam sendviç panel istehsal olunur. Poliuretan panellərin sıxlığı 38÷42 kq/m³-dir.

Daşyunlu Dam Paneli

Daşyunu

Daş yun  qeyri-orqanik xam  maddələrin (bazalt daşı) 1350 °C-1400 °C temperaturda əridilərək lif halına  gətirilməsi nəticəsində alınır.  Hətta nəm və  rütubətə məruz qaldıqda ölçülərində dəyişiklik baş  vermir: çürümür,  kiflənmir, paslanmır,  korroziyaya məruz  qalmır.  Həşəratlar və  mikroorqanizmlər tərəfindən  dağıdılmır.  Daş  yun   lövhələr tam avtomatlaşdırılmış istehsal müəssisəmizdə bölmələrin  də  içini  dolduracaq şəkildə bölünərək panelin səthinə nisbətən perpendikulyar vəziyyətdə qoyulur və beləliklə sendviç panelin sıxılmaya müqaviməti artırılır. Daş yun  istilik və səs izolyasiyası, akustik tənzimləmə və yüksək dərəcədə yanğın təhlükəsizliyini təmin edir.

Sendviç panellərin texniki parametrləri:
Yanğına davamlı
İstilik İzolyasiyası
Mexaniki Müqavimət
İstilik
Ölçü Stabilliyi
Səs İzolyasiyası
Sıxlıq
Su Buxarı Keçiriciliyi
Su Udma Müqaviməti

“RAL” rəng kataloqu

Sendviç panellərin RAL rəng kodları
RAL 9002
RAL 1014
RAL 7040
RAL 7024
RAL 8017
RAL 5005
RAL 8004
RAL 3005
RAL 6002
Ölçüsü Tolerans (izin verilen en)
Panelin qalınlığı 50; 60; 70; 100 mm ± 2 %
Panelin uzunluğu boyu ölçünün kənaraçıxması L=200 mm uzunluğa görə 0,6 mm
L=400 mm uzunluğa görə 1,0 mm
L>700 mm uzunluğa görə 1,5 mm
Dam panelin üst hissəsinin qabırğalarının ölçüləri 5<h≤50 mm ± 1 mm
Panelin uzunluğunda yol verilən hədlər L≤3 m ± 5 mm
Panelin enində yol verilən həddlər L>3 m ± 10 mm
Əyrilik W ± 2 mm
Təpə genişliyi (b1) və yataq genişliyi (b2) Hər metr uzunluq üçün 2mm, maksimum 20mm
Quraşdırma zamanı kənaraçıxma hədləri B1 ± 1 mm , B2 ± 2 mm
Hər bir metr üçün 1-5 mm