

Polikarbonat Lövhələr

Pətəkvari polikarbonat lövhlər - məsaməli quruluşa malik, təbəqəli polimer materialdır. Bu material iki qatdan ibarətdir və bu qatlar öz aralarında möhkəmlik telləri adlanan daxili arakəsmələrlə birləşmişlər. PMZ-də polikarbonatın bütün istehsal prosesi İtaliya istehsalı olan müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Zavodda, polikarbonat məmulatlarının istehsalında, dünyada lider olan Ваyer və Sabic kimi xammal istehsalçıların məhsullarından istifadə edilir.
TƏTBİQ EDİLƏN ƏSAS SAHƏLƏR
ÜSTÜNLÜKLƏRİ

Polikarbonat profillər, xüsusi olaraq, pətəkvari polikarbonat lövhələrin quraşdırılması üçün nəzərdə tutulmuşdur. Profillərin əyilmə radiusu, termiki genişlənmə əmsalı lövhələrin həmin parametrləri ilə eynilik təşkil edir.
Polikarbonat profillər çöx yüksək möhkəmliyə malikdir, işığı yaxşı keçirir, çəkisi yüngüldür və ultrabənövşəyi şüaların təsirinə qarşı davamlıdır.
Polikarbonat profillərin üstünlükləri: polikarbonat lövhələrin birləşmə yerlərində işıq şüalarının ötürülməsi; çox yüngül çəki; əyilə bilməsi və hermetik örtüklərin əmələ gəlməsi.