



Sizin istəyinizlə ən çətin konstruksiyaları istehsal edirik.
Şirkətlər qrupumuzun nəznində fəaliyyət göstərən 4500 m2 ərazini əhatə edən fabrikimizdə metal konstruksiya ilə bağlı bir sıra məhsul və xidmətlər təklif edirik. Aylıq 300 ton-a qədər konstruksiya işləri görə bilirik.
Seçilmə səbəblərimiz

Mühəndisliy yanaşmalarımız, təklif etdiyimiz mühəndis həlləri, məsələlərə baxış buxağımız bizi digərlərindən fərqləndirir

Biz çox çeşidli məhsullar təklif edirik. Yalnız anbar, zavod inşa etmirik. Fərqli parametrlərə sahib körpü, yerüstü keçid, müxtəlif növ çən və silosları da istehsal edirik

Tam ixtisaslaşmış qaynaqçı və montaj komandasına sahibik. Müasir texnologiyalardan, avadanlıqlardan istifadəni dəstəkləyirik. Amma başlıca yanaşmamız insan kapitalı və ona qoyulan investisiyadır.
SAHİB OLDUĞUMUZ AVADANLIQLARLA MÜRƏKƏB TAPŞIRIQLARIN ÖHDƏSİNDƏN GƏLİRİK
Konstruksiya sahəmizdə yığım sexindən əlavə istehsal prossesini həyata keçirmək üçün istehsal seximiz də mövcuddur. Burada bizim 70 mm-ə qədər CNC kəsim, büküm, əyim, deşmə əməliyyatları keçirən avadanlıqlarımız ilə yanaşı torna dəzgahlarımız mövcuddur. Müəssisəmizdə antikarroziya prossesinə xüsusi diqqət yetirilir. İstehsal etdiyimiz məhsullarımız avtomat və yarım avtomat qumlama sahəsində standartlara uyğun şəkildə qumlandıqdan sonra iki qat boya təmin edilir. Nəticədə konstruksiyalarımızın karroziya əleyhinə davamlılığı yüksəlir.







İRİ TUTUMLU ÇƏNLƏR
Biz yalnız zavod, fabrik, anbar, anqar, ferma kimi obyektlərin metal konstruksiyalarını həyata keçirmirik, həmçinin iri tutumlu 1000 m3-ə kimi olan su çənləri, silos sistemlərini də standartlara cavab verən şəkildə istehsal edirik. Müəssisəmizdə yerləşən avadanlıqlar vasitəsi ilə 10 mm-ə qədər olan metalların silinder vasitəsi ilə bükümü mövcuddur.
İstehsal etdiyimiz kanstruksiyaları yerində quraşdırırıq. Memarlarımızın layihələndirdiyi, konstruktorlarımızın hazırladığı konstruksiya hesabatları əsasında hər bir detal xüsusi dəqiqliklə istehsal ediləcək və yerində montaj ediləcək.



Montaj zamanı qaynaq və müxtəlif birləşmələrlə sökülüb yığılan konstruksiyalarınızı inşa edəcəyik. Portfolyomuzda onlarla səaneye tipli obyekt mövcuddur. Biz bir çox sayda zavod, fabrik, heyvandarlıq, quşçuluq sahələrininin, soyuducu və quruducu otalaqların metal işlərini görmüşük.


Bİz Azərbaycanda modul tİplİ məntəqələrİn İstehsalı sahəsində ən böyük təcrübəyə malİk olan şirkətlərdənik.
Modul tipli məntəqələrin quraşdırılmasında bazar lideriyik. Bu istiqamətdə çoxsaylı tərəfdaşlarla əməkdaşlıq edirik ki, onların arasında həm dövlət, həm də özəl şirkətlər var.Bu məsələdə bizi fərqləndirən cəhətimiz mühəndislik yanaşmamızdır. Bu yanaşmamız sahəsində bir sıra yeniliklərə imza atmışıq. Biz istehsal etdiyimiz məhsullarda bizdən öncə istifadə edilən təcrübələri öyrənməyimizə baxmayaraq adətən bütün məhsullarımızı özümüz dizayn edirik. Nəticədə daha sadə, mükəmməl nəticələr əldə edirik. Mühəndislik həllərimiz istehsal gücümüzü artırmağımıza şərait yaradır.



AZƏRBAYCANIN ƏN BÖYÜK KONTEYNER İSTEHSALÇISI
Biz çox qısa zamanda 5000-dən çox konteyner istehsal edərək müştrəilərimizi təmin etmişik. Hərbi və mülki sahədə olan qurumlar bizi seçir. Çünki biz araşdıraraq ən mükəmməl yanaşmaları icra edirik. İstər metal, istərsə də izolyasiya prossesində mühəndislərimiz konteynerlərin çatacağı ünvanı, iqlim şərtlərini xüsusi olaraq seçirlər. Biz dünyanın ən davamlı konteynerlərinin istehsalı təcrübəsini ölkəmizə gətirdik.



Azərbaycanın hər yerİndə konteynerlərİmİz var.
Biz çox qısa zamanda 5000-dən çox konteyner istehsal edərək müştrəilərimizi təmin etmişik. Hərbi və mülki sahədə olan qurumlar bizi seçir. Çünki biz araşdıraraq ən mükəmməl yanaşmaları icra edirik.
KONTEYNERLƏR

