



BİZ AZƏRBAYCANIN ƏN BÖYÜK KONTEYNER İSTEHSALÇISIYIQ!
Şirkətlər qrupumuzun nəznində fəaliyyət göstərən 4500 m2 ərazini əhatə edən fabrikimizdə metal konstruksiya ilə bağlı bir sıra məhsul və xidmətlər təklif edirik. Aylıq 300 ton-a qədər konstruksiya işləri ilə paralel olaraq hər ay 300-dən çox müxtəlif ölçülü konteynerləri istehsal etmək gücündəyik. Biz həmçinin 80.000m2-dən çox prefabrik məntəqələri istehsal edərək yerində montaj etmişik.
SEÇİLMƏ SƏBƏBLƏRİMİZ

Mühəndis yanaşmalarımız, təklif etdiyimiz mühəndis həlləri, məsələlərə baxış bucağımız bizi digərlərindən fərqləndirir və daima inkişaf etdirir.

Biz yalnız ən müasir texnologiyalarla istehsal edilən materiallardan istifadə edirik. Nəticədə də ən möhkəm və davamlı konteynerləri istehsal edirik.

Tam ixtisaslaşmış qaynaqçı və montaj komandasına sahibik. Müasir texnologiyalardan, avadanlıqlardan istifadəni dəstəkləyirik. Amma kadrlarımız bizim üçün hər şeydir.
SAHİB OLDUĞUMUZ AVADANLIQLARLA MÜRƏKKƏB TAPŞIRIQLARIN ÖHDƏSİNDƏN GƏLİRİK.
Konstruksiya sahəmizdə yığım sexindən əlavə istehsal prossesini həyata keçirmək üçün istehsal seximiz də mövcuddur. Burada bizim 70 mm-ə qədər CNC kəsim, büküm, əyim, deşmə əməliyyatları keçirən avadanlıqlarımız ilə yanaşı torna dəzgahlarımız mövcuddur. Müəssisəmizdə antikarroziya prossesinə xüsusi diqqət yetirilir. İstehsal etdiyimiz məhsullarımız avtomat və yarım avtomat qumlama sahəsində standartlara uyğun şəkildə qumlandıqdan sonra iki qat boya təmin edilir. Nəticədə konstruksiyalarımızın karroziya əleyhinə davamlılığı yüksəlir.



GENİŞ SPEKTLƏRƏ SAHİB MƏHSUL NÖVLƏRİMİZ



Biz konteynerlərlə bağlı çox geniş təkliflər verə bilirik. Bizim konteynerlərdən siz yalnız ofis üçün yox, eləcə də yataqxana, yeməkxana, sanitar qovşaq, anbar, tibb məntəqəsi, telekommunikasiya qovşağı kimi də yararlana bilərsiniz.
Müəssisəmizdə 1 metr uzunluğundan 12 metr uzunluğuna, 4 metr eninə kimi müxtəlif növ daşına bilən və yerində qurulan konteynerlər istehsal edirik. Biz konteynerlərdə sizin arzularınızı canlandırırıq. Bu da bizi digərlərindən güclü edir.

ÇOX ÇEŞİDLİ MODEL SEÇİMLƏRİMİZ İLƏ BİR SIRA İSTİQAMƏTLƏRDƏ ÖZ HƏLL YOLLARIMIZI TƏQDİM EDİRİK.
Biz konteynerlərin istehsalına yeni mərhələ gətirdik. Ofis, yataqxana, sanitar qovşaq, tibb məntəqəsi, mühafizə köşkü, yeməkxana, istirahət zonası, oyun zalı kimi iş sahələri konteynerləri ilə paralel olaraq yeni həllər də təklif edirik. Siz bizdən hotel, həyatyani sahəniz üçün kotec tipli konteynerlər də əldə edə bilərsiniz. Modern, Loft üslublarda istehsal etdiyimiz bu tipli kotec növlərimiz çox genişdir. Konteyner bazasında istehsal etdiyimiz kənd təsərrüfatı texnikalarını da unutmamalıyıq. Meyvə, tütün, taxta, ət qurudan kameralar, soyuducu otaqların istehsalı, avtomatlaşdırılması, proqram təminatı və servisini də məhz biz sizə təqdim edirik.




AZƏRBAYCANIN ƏN BÖYÜK KONTEYNER İSTEHSALÇISI



Biz çox qısa zamanda 5000-dən çox konteyner istehsal edərək müştrəilərimizi təmin etmişik. Hərbi və mülki sahədə olan qurumlar bizi seçir. Çünki biz araşdıraraq ən mükəmməl yanaşmaları icra edirik. İstər metal, istərsə də izolyasiya prossesində mühəndislərimiz konteynerlərin çatacağı ünvanı, iqlim şərtlərini xüsusi olaraq seçirlər. Biz dünyanın ən davamlı konteynerlərinin istehsalı təcrübəsini ölkəmizə gətirdik.
80.000 m2-DƏN ÇOX PREFABRİK BİNALARI İNŞA ETMİŞİK
Rəqəmlər bəzən öz sözünü deyir. 80.000 m2-dən çox prefabrik binanın inşasını icra etməyə nail olan nadir şirkətlərdən biriyik. Bu istiqamətdə hərbi, mülki təyinatlı bir çox binaları 0-dan qurmuşuq. Buna nail olmaq üçün yalnız professional mühəndislərimiz, qaynaqçılarımız işləməyib. Həmçinin sahələrəd çalışmağı bacaran komandamız da fəaliyyət göstərib.






Biz ən yaxşısını həyata keçirmək üçün hər gün üzərimizdə işləyirik. Məqsədimiz sizin istəklərinizi tam dolğun şəkildə icra etməkdir. Qurduğumuz prefabrik tikililər asanlıqla montaj və demontaj edilmə qabiliyyətinə malik olduğuna görə onu qurmaq çox az zamanımızı alır. Həmçinin istifadə etdiyimiz materialların keyfiyyəti nəticəsində tikililərimizi dəfələrlə montaj etsəniz də öz keyfiyyətini qoruyub saxlayacaq. Biz isə sizə bu məsələdə həmişə dəstək olacağıq.
METAL KONSTRUKSİYA İŞLƏRİMİZLƏ TANIŞ OLUN.
Şirkətlər qrupumuzun nəznində fəaliyyət göstərən 4500 m2 ərazini əhatə edən fabrikimizdə metal konstruksiya ilə bağlı bir sıra məhsul və xidmətlər təklif edirik. Aylıq 300 ton-a qədər konstruksiya işləri görə bilirik.
Metal konstruksiya

