

Alçaq gərginlikli güc kabelləri

N2XY-LS FE 180
N2XY-LS FE 180 alçaq gərginlikli güc kabellər haqqında
Bu markalı kabel yanğın təhlükəsi zamanı (yanğın siqnalizasiya dövrələrini, yanğınsöndürən nasosların enerji təchizatını, təxliyə və ehtiyat çıxışların işıqlandırılmasını, təxliyə liftlərini, hava ventilyasiyasını, partlayış təhlükəsi olan yerləri, xəstəxanaların əməliyyat otaqlarını elektrik enerjisi ilə təchiz etmək üçün) enerjinin paylanması və ötürülməsi üçün istifadə olunur. Əhalinin çoxluq təşkil etdiyi yerləri və yaşayış binalarını, həmçinin mikroprosesli texnika və kompüterləşmiş obyektlərə enerji paylanışını və ötürülməsini təmin edir.
Cərəyan keçirən damarın en kəsik sahəsi, mm2 |
Cərəyan keçirən damarların sayı və en kəsik sahəsi ədəd x mm2 |
Qeyd |
1.5 ÷ 10 RE |
2, 3, 4, 5 x 16-240
|
Mis məftilli, izolyasiyası XLPE və yaxud alovu yaymayan, oda davamlı olan halogensiz, örtüyü alovu yaymayan, oda davamlı olan halogensiz güc kabeli |
TEXNİKİ PARAMETRLƏR
- Açıq alova qarşı dayanıqlılıq müddəti: 90÷180 dəqiqə qədər
- Alovun maksimal temperaturu: 1000°C
- Nominal işçi gərginliyi: 0,66;1,0; 3,0 kV
- Kabeli təşkil edən cərəyan keçirən damarların sayı çox olduqda en kəsik sahəsi
- 400mm2-dan çox olmamalıdır
- İşçi gərginliyi 0,66 kV olduqda, cərəyan keçirən damarların en kəsik sahəsi
- 50mm2- dan çox olmamalıdır
- Kabelin istismar temperaturu: -50°C +50°C
- Havanın nisbi rütubəti: 98%
- İstismar müddəti: 25 il