x

TƏKLİF AL

FƏRDİ
MÜHAFİZƏ VASİTƏLƏRİ

Əməyin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu işləyənlərin əməyinin mühafizəsi hüququnun həyata keçirilməsini təmin etməyə yönəldilmişdir. Bu Qanun ölkədə əməyin mühafizəsi işinin təşkilinin vahid qaydasını müəyyən edir və tabeliyindən, mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bütün nazirliklərə, baş idarələrə, korporasiyalara, konsernlərə, assosiasiyalara, birliklərə, müəssisələrə, idarələrə, təşkilatlara, kooperativlərə, kolxozlara, sovxozlara, fermer təsərrüfatlarına və başqa təsərrüfat idarəetmə orqanlarına şamil edilir.

Əməyin mühafizəsi sahəsində dövlət siyasətinin əsas prinsipi müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi yönündədir. Qanuna əsasən, işçilər xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə pulsuz təmin edilməlidir.

Təhlükəsiz, rahat və hərəkət azadlığının təmin edilməsi həm də məhsuldarlığın təminatıdır. Təklif etdiyimiz fərdi mühafizə vasitələri yüksək keyfiyyəti ilə seçilir.