x

TƏKLİF AL

POLİMER BORULAR

Yüksək və alçaq təzyiqli, profilli sarınma borular

Borular haqqında ümumi məlumat

Yeni texnologiya əsasında Almaniya istehsalı olan avadanlıqlarda yüksək və alçaq təzyiqli, böyük diametrli sarınma boruları təklif edirik. Bu borular soekstruziya metodu ilə ekstruderdən çıxan profilin polad qəlibə (mandrele) sarınması texnologiyası əsasında alınır.

ÜSTÜNLÜKLƏRİ

Bu boruların hesablanmış standart uzunluğu L=6 metrdir. Bu uzunluq boruların cərgə ilə yığılmasını, saxlanmasını və daşınmasını asanlaşdırır. Biz 1 metrdən 6 metrə qədər uzunluqlarda, konkret məqsədlər üçün borular təklif edirik.

Daxili diametri (ID) DN 800-3500 mm olan boruların satışını təşkil edə bilirik. Boruların nominal diametri daxili diametrə uyğundur. Divarlarının strukturlanması (profillə sarınması) boruların daha yüksək statik basqılara dözmələrinə imkan yaradır.

PR tipli profillər:

Bu tipli profillər hamar daxili və profillənmiş xarici səthə malikdirlər. Xarici səthdə profillər müəyyən ara məsafəsi saxlanılmaqla sarınırlar. Burada kiçik çəki ilə yüksək həlqəvi möhkəmlik əldə etmək mümkündür.

OP tipli profillər: 


Bu tip profillər də həmçinin, hamar daxili səthə və profillənmiş xarici səthə malik olur. Xarici səthdə profillər “olimpiya həlqələri” şəklində düzülür. Bu tip profillər də kiçik çəki və yüksək həlqəvi möhkəmliyə malikdirlər.