

POLİMER BORULAR

Təkqat koruge borular
Koruge borular haqqında ümumi məlumat
Bu borular həm elektrik, telekommunikasiya və digər ötürücü xətlərin təhlükəsizliyinin təminatında, həm də təzyiqsiz çirkab, qrunt və yağış sularının axıdılmasında geniş istifadə olunur.
1-15 metr dərinlikdə istifadə oluna bilən bu borular fiziki, kimyəvi və texniki təsirlərə qarşı davamlıdır. Həmçinin, təkqat koruge boruların tətbiqi mühəndis-texniki qurğuların istismar müddətini uzadır, vaxt itkisini minimuma endirir.
TƏTBİQ EDİLƏN ƏSAS SAHƏLƏR
- Çürüməyə və korroziyaya məruz qalmırlar
- Kimyəvi maddələrin təsirinə qarşı davamlıdırlar
- Xarici qüvvələrin təsirinə və zərbəyə qarşı davamlıdırlar
- Su keçirmirlər və nəmişliyə qarşı davamlıdırlar
- Elektrik cərəyanını keçirmirlər, buna görə də kabellərin zədələnməsi zamanı cərəyanın təsirinə məruzqalma riski aradan qalxır
- Kabelləri mexaniki zədələnmələrdən qoruyur
- İstismar müddəti zamanı öz keyfiyyətini və xassələrini saxlayır
- Elastiki olduqlarından əlavə istiqamətləndirici fitinqlərə ehtiyac yaranmır
- Montaj zamanı xüsusi vərdişlərə və əlavə avadanlıqlara ehtiyac yaranmır
- Kiçik çəkiyə malik olduqlarından daşınması, yüklənməsi və saxlanılması asandır
TƏKQAT KORUGE BORULARIN DİAMETRİ
# |
Diametri Diametri |
Polietilenin markası |
Borunun 1m-nin çəkisi |
Təyinatı |
1. 2. 3. 4. 5. 6. 7. |
Dn 16 Dn 20 Dn 25 Dn 32 Dn 40 Dn 50 Dn 63 |
HDPE HDPE HDPE HDPE HDPE HDPE HDPE |
0,030 0,045 0,055 0,075 0,100 0,143 0,190 |
Telekomunikasiya Telekomunikasiya Telekomunikasiya Telekomunikasiya Telekomunikasiya Telekomunikasiya Telekomunikasiya |