

POLİMER BORULAR

Şüşə lifli üçqat PPRC fiber borular
Fiber borular haqqında ümumi məlumat
Plastik kütlələrin emalı sənayesində çox əhəmiyyətli proseslərdən biri də “Random polipropilen”nin (PPR) əldə olunması və onun sənayeyə tətbiqidir. Bu xam maddədən hazırlanan borular hazırda müasir həyatda geniş istifadə olunur.
PPR fiber borular yüngül və hamar olması, daxili səthinin sürüşkən və parlaq olması, kirəc bağlamaması, paslanmaması, gigiyenik olması, quraşdırılmasının asan olması kimi üstün cəhətləri ilə plastik boru sahəsində əhəmiyyətli yer tutaraq bina içi soyuq və isti su təsisatlarında istifadə edilməyə başlamışdır.
TƏTBİQ EDİLƏN ƏSAS SAHƏLƏR

ÜSTÜNLÜKLƏRİ
Keyfiyyət: Avropa istehsalı olan və DIN, TSE, ISO 9002 standartlarının tələblərinə cavab verən xammaldan hazırlanır.
Etibarlılıq: borulardan quraşdırılmış sistemlər yüksək germetikliyə malik olurlar.
Borunun istismar müddəti: borunun istismar müddəti soyuq və isti su üçün 50 ildən yuxarıdır, bu müddət istifadə olunan temperaturdan asılı olaraq dəyişə bilər.
Korroziya və kimyəvi müqavimət: borular korroziyaya və aqressiv mühitə davamlıdır, hamar daxili səthə malik olduqlarına görə ötürücülük qabiliyyəti yüksəkdir.
Ekoloji təmizlik: istifadə olunan polipropilen su ilə reaksiyaya girmir, buna görə də suya əlavə dad qatmır. Onun daxili səthi sürüşkən olduğundan üzvi və qeyri-üzvi çöküntülərin, habelə kirəclərin əmələ gəlməsi müşahidə olunmur.
Davamlılıq: orta təbəqəni təşkil edən şüşə lifli material yüksək temperaturlarda xətti genişlənmə səbəbindən borunun əyilməsinin qarşısını alır və təzyiqə davamlılığı əhəmiyyətli dərəcədə yüksəldir.
İstifadəsi: + 95° C aralığında istifadəyə uyğundur (boru içindəki mayenin donma dərəcəsi nəzərə alınaraq izolyasiya olunmalıdır). Qaynaq yerlərində diametr daralması meydana gəlməz. Çox yaxşı qaynaq edilir.
Quraşdırmada 70% qənaət təmin edir və montaj zamanı heç bir itki olmur. İstilik və səs izolyasiyasını təmin edir. Çətin alovlanır.
İstehsal olunmuş şüşə lifli boruların parametrləri:
Xarici diametri, D mm | Diametrdən kənara- çıxma, mm | Divarın qalınlığı, S mm | Divar qalınlığından kənaraçıxma, mm |
16 20 25 32 40 50 63 75 | +0,3 +0,3 +0,3 +0,3 +0,4 +0,5 +0,6 +0,7 | 2,7 3,4 4,2 5,4 6,7 8,3 10,5 12,5 | +0,3 +0,4 +0,5 +0,6 +0,7 +0,8 +1,0 +1,2 |