

POLİMER BORULAR

Polipropilen PPR borular
Polipropilen borular haqqında ümumi məlumat
Bu gün plastik məhsullar texnoloji yeniliklərlə birlikdə həyatımızın ayrılmaz hissələrinə çevrilib. Bunun nəticəsi olaraq insanlar artıq məişətdə bir vaxtlar su çəkilişləri zamanı istifadə etdikləri metal borulardan daha ucuz, kimyavi və təbii təsirlərə davamlı, asan istifadə oluna bilən plastik borulara üstünlük verməyə başlayıb.
Plastik borular içərisində Polipropilen PPR borular ən son yeni məhsullardan hesab olunur.
TƏTBİQ EDİLƏN ƏSAS SAHƏLƏR
- Keyfiyyət: İstehsal prosesi yüksək keyfiyyətli xammal vasitəsi ilə həyata keçirilir və DİN, TSE, ГОСТ, ISO 9001 standardlarının tələblərinə cavab verir.
- Etibarlılıq: Bu borulardan yığılmış sistemin yüksək temperatur və təzyiq müqaviməti var.
- Borunun istismar müddəti: Bu boruların 50 il zəmanəti var və bu istifadə olunan temperaturdan asılı olaraq dəyişə bilər.
- Korroziya və kimyəvi müqavimət: Borular korroziyaya və aqressiv mühitə davamlıdır.
- Axın sürəti: Hamar daxili səthi olduğuna görə bu borular axın sürətini artırır.
- Ekoloji təmizlik: İstifadə olunan Polipropilen su ilə reaksiyaya girmir, buna görə də suya əlavə dad qatmır. Daxili səthi sürüşkən olduğundan bakteriyaların, üzvü və qeyri-üzvü çöküntülərin yaranması müşahidə olunmur.
Polipropilen PPR boruların ölçüləri:
Diametri |
PN 10 |
PN 16 |
PN 20 |
|||
DN, mm 20 25 32 40 50 63 75 90 110 |
s, mm 1,9 2,3 2,9 3,7 4,6 5,8 - - 10 |
m, kg 0,107 0,164 0,261 0,412 0,638 1,01 - - 3,01 |
s, mm 2,8 3,5 4,4 5,5 6,9 8,6 10,3 12,3 - |
m, kg 0,148 0,23 0,37 0,575 0,896 1,41 2,01 2,87 - |
s, mm 3,4 4,2 5,4 6,7 8,3 10,5 12,5 15 18,3 |
m, kg 0,172 0,266 0,434 0,671 1,04 1,65 2,34 3,36 5,01 |