

Polimer borular

Koruge borular
Koruge borular haqqında ümumi məlumat
Şirkətimiz yeni növ polimer koruge boruların da satışını həyata keçirir. Bu borular digər polimer borulardan fərqli olaraq bir neçə sahəni əhatə edir. Səthinin möhkəm və çəkisinin yüngül olması onları əvəzolunmaz edir.
Bu borular həm elektrik, telekommunikasiya və digər ötürücü xətlərin təhlükəsizliyinin təminatında, həm də təzyiqsiz çirkab, qrunt və yağış sularının axıdılmasında geniş istifadə olunur.
1-15 metr dərinlikdə istifadə oluna bilən bu borular fiziki, kimyəvi və texniki təsirlərə qarşı davamlıdır. Həmçinin, koruge boruların tətbiqi mühəndis-texniki qurğuların istismar müddətini uzadır, vaxt itkisini minimuma endirir.
TƏTBİQ EDİLƏN ƏSAS SAHƏLƏR
- Çürüməyə və korroziyaya məruz qalmırlar
- Kimyəvi maddələrin təsirinə qarşı davamlıdırlar
- Xarici qüvvələrin təsirinə və zərbəyə qarşı davamlıdırlar
- Su keçirmirlər və nəmişliyə qarşı davamlıdırlar
- Elektrik cərəyanını keçirmirlər, buna görə də kabellərin zədələnməsi zamanı cərəyanın təsirinə məruzqalma riski aradan qalxır
- Kabelləri mexaniki zədələnmələrdən qoruyur
- İstismar müddəti zamanı öz keyfiyyətini və xassələrini saxlayır
- Elastiki olduqlarından əlavə istiqamətləndirici fitinqlərə ehtiyac yaranmır
- Montaj zamanı xüsusi vərdişlərə və əlavə avadanlıqlara ehtiyac yaranmır
- Kiçik çəkiyə malik olduqlarından daşınması, yüklənməsi və saxlanılması asandır
- Ekoloji cəhətdən təmiz və təhlükəsiz materialdır