

POLİMER BORULAR

Damcı suvarma boruları
Suvarma borular haqqında ümumi məlumat
Xüsusi filtirlər vasitəsi ilə içindəki qum, gil, yosun və s. qatışıqlar təmizləndikdən sonra su damcı suvarma borularından bitkilərin birbaşa kök hissəsinə damcılar halında verilir. Damcı suvarma borularını istənilən relyefə malik olan ərazilərdə tətbiq etmək mümkündür.
Bu tip sistemlərin tətbiqi bütün suvarma proseslərini avtomatlaşdırmağa imkan verir ki, bu da öz növbəsində əmək sərfinin azalmasına səbəb olur. Damcı suvarma üsulunda faydalı istifadə əmsalı səthi suvarmadan fərqli olaraq 95% -dən yuxarıdır.
TƏTBİQ EDİLƏN ƏSAS SAHƏLƏR
- Damcılı suvarma sistemləri ilə daha az su istifadə edilərək daha çox ərazi suvarıla bilər
- Bu cür suvarma sistemlərinin köməyi ilə torpağın erroziyasına səbəb olmadan səmərəli suvarma aparıla bilir
- Suvarma suyu ilə gübrələrin birgə verilməsini təmin edir
- Suyun və qida elementlərinin maksimum bərabər paylanmasına imkan verir
- Böyük ərazilərin eyni zamanda kiçik hissələrlə suvarılmasına imkan verir
- Əkinlər arası quru qaldığı üçün alaq otlarının inkişafı zəifləyir və onlarla mübarizə asanlaşır
- Hər yer suvarılmadığı üçün hər suvarmadan sonra torpağın üst təbəqəsini qırmağa və torpağı havalandırmağa, sirkulyasiyanı təmin etməyə ehtiyac qalmır

ÜSTÜNLÜKLƏRİ
Kökün bilavasitə qidalanması
Aşağı təzyiqlə iş prinsipi
Bitki üçün su temperaturunun optimal 18-28 dərəcə aralığında verilməsi
Gecə sulanma
Suya qənaət
Alaq otları və parazitlərlə mübarizə
İşçi qüvvəsinin minimuma endirilməsi
Gübrələrin effektli istifadəsi
Sistemin avtomatlaşdırılması və məhsuldarlığın 70%-dək artirılması
Təklif etdiyimiz boruların parametrləri:
¼ |
Borunun ölçüləri (DxS, mm) |
Damcı elementinin uzunlugu, (mm) |
Damcıların axma süreti, (litr/saat) |
Damcı elementlərinin arasındakı məsafə, (mm) |
1 2 3 4 5 |
12x0,9 16x1,1 16x1,1 20x1,2 20x1,2 |
36 36 40 40 40 |
1,5 2,0 4,0 2,0 4,0 |
190-210 285-315 475-525 710-790 950-1050 |