Artıq ölkəmizdə də bu tip SIShouse-ları çox tez-tez görəcəksiniz.
Son dönəmlərdə baş verən qlobal hadisələr insanların təbiətlə iç-içə olmaq istəyini daha da artırdı. Baş verən bu hadisələrin fonunda “tinyhouse”-lara maraq hər gün bir az da artmaqdadır. Maliyyə baxımından ənənəvi evlərdən daha sərfəli olan bu kiçik evlər, həmçinin, qısa zaman ərzində hazırlanması ilə də seçilir. Bir sıra dünya ölkələrində olduqca populyar olan evciklər, artıq ölkəmizdə də böyük maraq ilə qarşılanır.
Layihələndirmə və tikintisi mürəkkəb, bir o qədər də maraqlı olan bu evlərin inşası ilə bağlı olan hər bir tapşırıq bizi olduqca sevindirir.
Şamaxı şəhərinin gözəlliyinə rəng qatacaq tinyhouse-larımız həm modern quruluşu, həm də yığcam olması ilə seçilir. Gözəl dizayn və təbiətə açılan panorama mənzərə, interyer və exteryer arasında mükəmməl ahəng təşkil edir. Qurulmuş bu evciklər, yaşam üçün zəruri olan bütün amillər ilə təchiz olunur, su, elektrik, konalizasiya sistemləri mənbəyinə qoşulacaq şəkildə hazır təhvil verilir. Doğru şəkildə aparılmış layihələndirmə sayəsində sonrakı mərhələlərdə sifarişçi heç bir çətinlik ilə üzləşmir.
Daha sərfəli qiymətə arzulanan rahatlığa sahib olmaq SIShouse-lar ilə hər kəsə əlçatan olacaq. Evlərin quruluşu zövqə və istəyə uyğun olaraq müxtəlif şəkildə ola bilər. Sifarişçinin xəyalındakı ideal tinihausu bizim peşəkar komandamız yüksək əzm və professional yanaşma ilə reallığa çevirir.