x

TƏKLİF AL

Satış mütəxəssisi vakansiyası

Satış mütəxəssisi vakansiyası

İş barədə məlumat

"UPS" MMC ölkəmizin ən böyük sendviç panel istehsalçılarından biri kimi uzun illərdir ki, tikinti, energetika, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər üçün bir sıra önəmli təchizat həlləri təklif edir.

- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması

- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı

- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi

- Müştəri etirazları ilə işləmək və bununla əlaqədar ortaya çıxan problemləri həll etmək

- Potensial müştəri ola biləcək şirkətlərə ziyarət etmək və ehtiyacları analiz etmək

- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması

- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması

- Sifarişlərin icra olunmasını təmin etmək

- Təklifləri izləmək və müştəri ilə razılaşma əldə etmək

- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə gündəlik qeydlər aparmaq və hesabatlar hazırlamaq

Namizədə tələblər

- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı

- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı

- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli

- Analitik düşünmə və problemi həll etmə qabiliyyəti

- Korporativ satış sahəsində 1 - 3 illik iş təcrübəsinin olması

- MS Office bilikləri

- Komanda daxilində işləmək bacarığı

- Təqdimat etmə qabiliyyəti

- Yaş həddi 23-35

İşə qəbul müsahibə əsasında olacaq. AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.