x

TƏKLİF AL

Şamaxı Modul House

Şamaxı Modul House

İnşaat sahəsində uzun illərə dayanan təcrübəmiz və professional komandamız, qısa zaman çərçivəsində keyfiyyətli və layihəyə uyğun işlər ərsəyə gətirməyimizin açarıdır desək yanılmarıq.

Ölkə tikinti sahəsində də sürətlə şöhrət qazanan metal konstruksiyalı tikililər tezhouse.az konseptində inşa edildi. Layihənin icrası Şamaxı şəhərində həyata keçirilir. Konseptə uyğun olaraq inşa edilən binanın ümumi sahəsi 205 m2 təşkil edir və tikilinin beton işləri tam yekunlaşmışdır.

Əlverişsiz və dəyişkən hava şəraiti, ərazinin relyefi və bayram günləri ilə əlaqədar olaraq, yuxarıda vurğulağımız hissənin tamamlanması 20 gün çəkdi.

İstənilən şəraitdə iş üçün ixtisaslaşmış heyyətimiz hətta ən çətin tapşırıqların belə öhtəsindən tez və dəqiqşəkildə gəlir. Həmçinin, layihənin inşasında istifadə olunan detallar peşəkar mühəndislərimiz tərəfindən çoxsaylı hesablama və araşdırmalar əsasında istehsal olunmuşdur. Buda öz nöbəsində görülən işi uğurlu və dayanıqlı edən, Uniprocurement fərqini ortaya qoyan amillərdən biridir.

Nəticə olaraq, tikilinin tam şəkildə təhvil verilməsi iki ay ərzində nəzərdə tutulmuşdur.

Bu cür yaradıcı və ölkəmiz üçün yenilik olan layihələrin icrasında iştirak etməkdən olduqca məmnunuq və onların uğurla həyata keçməsində yüksək əzmkarlıq ilə çalışırıq.