İş barədə məlumat
"UPS" MMC ölkəmizin ən böyük sendviç panel istehsalçılarından biri kimi uzun illərdir ki, tikinti, energetika, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər üçün bir sıra önəmli təchizat həlləri təklif edir.
- Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası
- Görüşlərin təşkili
- Qonaqları və zəngləri qəbul etmək və yönləndirmək
- Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək
- İnzibati şöbənin tələblərinə uyğun olaraq həftəlik aylıq hesabatların hazırlanması
- Ofis avadanlıqlarına nəzarət
- İşçiləri dəftərxana ləvazimatları və işə lazımlı texnikalar ilə təmin edilməsinə nəzarət
- Karguzarlıq işinin təşkili
- İş yazışmalarının aparılması
- Müəssisədə daxili və xarici sifarişlərin vaxtında təhvil verilməsinə nəzarət etmək
Namizədə tələblər
- Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı
- İşgüzar etiketi bilmək
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Professional görünüş
- Gündəlik deadlinelara ciddi riayyət
- Fikrini izah etmək qabiliyyəti
- Yaş həddi 23-35
İşə qəbul müsahibə əsasında olacaq. AR Əmək Məcəlləsinə uyğun sənədləşmə olacaq