x

TƏKLİF AL

Mühəndis vakansiyası

Mühəndis vakansiyası

İş barədə məlumat

"UPS" MMC ölkəmizin ən böyük sendviç panel istehsalçılarından biri kimi uzun illərdir ki, tikinti, energetika, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər üçün bir sıra önəmli təchizat həlləri təklif edir.


- Mürəkkəb texniki məsələləri analiz eləmək, cihazların təklif edilmiş strategiyasını təsdiqləmək

- Avadanlığın etibarlı inkişaf strategiyasını dəstəkləmək

- Tikinti-quraşdırma ve təmir işləri üzrə hesablamaları analiz etmək

- Planlanmış istehsalat proqramı ilə bağlı proseslərə və istənilən keyfiyyət parametrlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək

- Sahəyə baxışın həyata keçirilməsi

- Yeni dəzgah və ya avadanlığın quraşdırılması, cari təmir işlərinin aparılması

- Təmir işlərinin icrasına cavabdehlik daşımaq

- Rəhbərliyə həftəlik hesabatları təqdim etmək

Namizədə tələblər

- Mühəndis sahəsi üzrə Ali təhsil

- Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı

- Texniki rəsmləri oxuma bacarığı və texnoloji avadanlıqların konstruktiv xüsusiyyətlərini bilmək

- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi

- Prosesin təhlükəsizliyi ilə bağlı təcrübələr və sənaye standartlarını bilməli və tətbiq etməli

- Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olması

- İşə məsuliyyətli yanaşmaq

- Kollektivdə işləməyi bacaran

- Yaş həddi 25-45

İşə qəbul müsahibə əsasında olacaq. AR Əmək Məcəlləsinə uyğun sənədləşmə olacaq