x

TƏKLİF AL

Metal konstuksiyaların üstünlükləri

Metal konstuksiyaların Azərbaycan inşaat bazarında tətbiqi getdikcə artır. Polad, alüminium, titandan hazırlanan metal konstruksiyalar unikal xüsusiyyətləri ilə seçilir. 


Uzun müddətli istismara davamlı olan,elastikliyi və möhkəmliyi ilə seçilən metal konstruksiyalar adətən: anbarın, körpülərin, stadionların, ofislərin tikintisi zamanı istifadə olunur. İqlim şəraitindən asılı olmayaraq, metal konstruksiyalar  istənilən ərazidə quraşdırıla bilər. Metal konstruksiyalardan istifadə edərək, tikinti müddətini önəmli dərəcədə azaltmaq olar.


Layihələrdən asılı olaraq,tikinti prosesi ortalama 3-8 ay müddətində davam edir. Sürətli tikinti - metal konstruksiyalarının əsas seçim faktorlarından biridir. Çəkisinin yüngül olmasına baxmayaraq, metal konstruksiyalar  ağır, xarici yüklərə müqavimət göstərməsi ilə fərqlənir.


Lakin, konstruksiyaların mənfi tərəfi onların paslanmaya məruz qalmasıdır. Bizim şirkətin prioritet fəaliyyət sahələrindən biri, metal konstruksiyalarının istehsalatıdır. UPS konstruksion metalda karroziyanın qarşısını almaq üçün, beynəlxalq standartların tələblərinə uyğun olaraq, xüsusi metodlardan istifadə edir.  LİNK