x

TƏKLİF AL

Laçın prefabrik yataqxana

Laçın prefabrik yataqxana

Uzun illər düşmən tapdağı altında və müasir dünyanın yeniliklərindən uzaq olan Laçın rayonu artıq aid olduğu doğma ölkəmizin nəzarəti altındadır. İşğaldan azad olunan hər bir ərazi kimi Laçın rayonunda da ilk gündən etibarən abadlıq işləri aparılır və sivilizasiya izləri görünməyə başlayır. Çox qürür duyuruq ki, biz də UPS Construction şirkəti olaraq bu layihələrin bir parçasıyıq. Təklif aldığımız hər layihə bizi ruhlandırır, lakin bu tip layihələr bizi xüsusi əzmlə çalışmağa sövq edir.

Görülən işlərin davamı olaraq, şirkətimiz tərəfindən Laçın rayonunda prefabrik yataqxana inşa olunaraq istifadəyə verildi. Layihə tamamilə metal konstruksiya üzərinə sendviç panellər qurularaq ərsəyə gətirildi. Yalnız yüksək keyfiyyətli materiallar ilə tikilən yataqxana istifadəyə tam hazır vəziyyətdə təhvil verildi. Möhkəm metal konstruksiya, sərt iqlim şəraitinə uyğun sendviç panel tərkibi və profesional heyyətimizin işçilik qabiliyyəti sayəsində inşa edilən yataqxana dayanıqlılıq ilə yanaşı yüksək termal izolyasiya kimi xüsusiyyətləri də özündə birləşdirir.

Tez və asan qurulması bu tip tikililəri daha arzuolunan edir. Qısa zaman ərzində keyfiyyətli iş hər bir sifarışçinin istəyidir və biz bu növ layihələrin həyata keçirilməsinə əsl peşəkarlıq ilə yanaşırıq.

Layihənin standartlara uyğun, tələb edilən şəkildə yekunlaşması münasibətilə bütün işçi heyyətimizi ürəkdən təbrik edirik!