x

TƏKLİF AL

"Azad İqtisadi Zona" üçün yataqxana və ofis binasının montajı

"Azad İqtisadi Zona" üçün yataqxana və ofis binasının montajı

İnşası Uniprocurement şirkəti tərəfindən həyata keçirilməkdə olan bir digər yeni layihə Ələt qəsəbəsində yerləşən 3 mərtəbəli yataqxana və 2 mərtəbəli ofis binasını təqdim edirik. 

Montajlanması başa vurulduqdan sonra “Azad İqtisadi Zona”-nın yerləşəcəyi bu layihə yataqxana və ofis binası işçilərinin müvəqqəti olaraq çalışması və qalması üçün nəzərdə tutulmuşdur. Montajlanma zamanı hər bir detalı incəliyinədək nəzərə alınan tikilidə bütün zəruri təchizat qurulma prossesi zamanı təmin olunur.

Qeyd olunan bu böyük işin icrası zamanı bir sıra çətinliklər ilə üzləşdik. Belə ki, montaj zamanı istifadə olunacaq detallar sifarişçi tərəfindən başqa ölkədən layihəsiz şəkildə və demontaj edilərək gətirilmişdi. Bu da öz növbəsində prosses zamanı arzuolunmaz problemlərə yol açan amil idi. Yenidənlayihələndirmə, bəzi detalların istehsalı və montajı həyata keçirildi. Nəticədə, peşəkar komandamız bu çətinliyin öhtəsindən uğurla gələrək möhtəşəm iş ərsəyə gətirdi.

Bu uğurlu inşa bir daha göstərdiki hər bir sahədə olduğu kimi inşaat sahəsində də daim yeniliklərə açıq olmaq və onları peşəkar şəkildə tətbiq etmək zəruridir. Dəbdən düşməkdə olan klassik tikinti üsullarına meydan oxuyan layihənin inşası tam sürətlə davam etməkdədir və artıq tamamlanma mərhələsindədir.

Bu işdə əməyi keçən hər bir komanda üzvümüzü ürəkdən təbrik edirik!