

ALÜMİNİUM
KOMPOZİT PANELLƏR

Cənubi Koreyanın “U-lim Co” şirkətinə məxsus avadanlıqlarda istehsal olunan normal və ya odadavamlı alüminium kompazit panellərin (alkopan) rəngi müştərinin seçimi əsasında təyin edilir. Təklif etdiyimiz alkopanların qalınlıqları 3; 4; 5 mm, eni 1÷1,25 və 1.6 metr, uzunluğu isə sifarişçinin istəyinə uyğun olaraq müxtəlif olur. Alkopan inşaat üzləmə kompozit materialıdır. Panellər 0.5 mm qalınlıqlı əvvəlcədən rənglənmiş alüminium təbəqələrindən ibarətdir. Onların arasına isə polimer (aşağı təzyiqli polietilen əsasında) təbəqə yapışdırılır. Yapışdırıcı qranullar ilə polietilenin alüminium lövhəyə yapışması təmin edilir.
ALKOPANIN ÜSTÜNLÜKLƏRİ

Davamlı, sərt və yüngüldür
Rəng seçimi genişdir
Elastik layihələrdə tətbiqi mümkündür
Pis hava şəraitinə qarşı yüksək
Müqavimət
Sürətli və asan montaj
Asan baxım və təmizlik